Abutalıbovun oğlunun şirkəti “batır” - BÖHRAN
26-04-2016, 10:22
Oxunub: 3 474
Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun oğluna məxsus şirkət fəaliyyətini dayandıra bilər
Buna səbəb şirkətin maliyyə böhranı yaşamasıdır.
Qaynarinfo.az-a daxil olan məlumata görə, "Müstəqil Spektr” MMC şirkəti paytaxt merinin oğlu İsrafil Abutalıbova məxsusdur. Şirkətin son vaxtlar işlərinin qaydasında getmədiyi və bu səbəbdən də bağlana biləcəyi deyilir.
Hələ 3 il öncə Bakı İnzibati-İqtisadi Məhkəmədə iş adamı Maqsud Mahmudovun İsrafil Abutalıbova qarşı iddiasına dair məhkəmə prosesi keçirilmiş və "Müstəqil Spektr” MMC-nin məhz BŞİH başçısının oğluna məxsusluğu da o vaxt məlum olmuşdu. Həmin məhkəmədə İ.Abutalıbov uduzmuşdu.
Yenə 2013-cü ildə, noyabrda BŞİH başçısı Hacıbala Abutalıbovun paytaxtın mərkəzində istifadəyə verilmiş və dövlət vəsaiti hesabına inşa edilmiş nəhəng yeraltı avtomobil dayanacağını oğlu İsrafil Abutalıbovun şirkətinə icarəyə verdiyi xəbəri yayılıb. Həmin vaxt bildirilirdi ki, Hökumət Evinin qarşısında, Azadlıq meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağının merin oğlunun şirkətinin adına rəsmiləşdirilməsi prosesi başa çatıb. O zaman bu şirkətin adını öyrənmək mümkün olmasa da, böyük ehtimalla söhbət məhz "Müstəqil Spektr” MMC-dən gedirdi.
Onu da deyək ki, İ.Abutalıbov bir neçə il Azərbaycandan uzaqda, Londonda yaşayıb. Amma sonradan paytaxt meri adı vəhabiliyə meyllənməkdə də hallanan oğlunun ölkəyə qayıtmasına və burada yenidən biznes fəaliyyəti ilə məşğul olmasına nail olub.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər