BolgeXeber.Com » Xəbərlər » İcra başçısı: Erməni təxribatı nəticəsində Tərtərdə ziyan çəkən 20 evdən 4-ü şəhər mərkəzindədir
İcra başçısı: Erməni təxribatı nəticəsində Tərtərdə ziyan çəkən 20 evdən 4-ü şəhər mərkəzindədir
26-04-2016, 11:19
Oxunub: 3 166
Ötən gecə erməni silahlı birləşmələri Tərtər rayonunun təmas xəttindəki kəndləri ilə yanaşı, şəhərin mərkəzini də ağır artilleriyalardan atəşə tutub
Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilərin təxribatı nəticəsində rayonun 20 fərdi yaşayış evi zərər çəkib: "Həmin evlərdən 16-ı təmas xəttindəki kəndlərdə, 4-ü isə şəhər ərazisindədir. Evlərdən biri tam dağılıb".
M.Məmmədov deyib ki, hazırda rayon ərazisində tam sakitlikdir, düşmən cavab atəşi ilə susdurulub və geri çəkiliblər: "Hazırda rayonda həyat öz axarı ilə davam edir, hamı öz gündəlik işindədir. Şəhərin əsas küçə və prospeklərində abadlıq işləri görülür".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər