BolgeXeber.Com » Xəbərlər » Sumqayıt bu gün-VİDEO

Sumqayıt bu gün-VİDEO

26-04-2016, 20:09
Oxunub: 2 295 Sumqayıt bu gün-VİDEOSumqayıtda intensiv olaraq gedən abadlıq-quruculuq işləri icra hakimiyyəti Zakir Fərəcovun işinə məsuliyyətli yanaşmasının nəticəsidir

Ölkə başçısının tövsiyə və tapşırıqları əsasında bu gün Sumqayıtın qəsəbə, məhəllə və mikrorayonlarında əhalinin istirahətini normal qaydada təşkil edəcək, müasir tələblərə cavab verən yaşayış massivləri yaradılır,yeni parklar salınır,əvəlcədən mövcüd olan tikililərdə isə təmir işləri aparılır. Məhz bunun bariz nümunəsidir ki,aprel ayının əvvəlində Sumqayıt şəhərində tikintisinə başlanılan və ümumi sahəsi 4 km-i əhatə edən yeni bulvarın 500 metri artıq may ayının 1-nə qədər sakinlərin istifadəsinə veriləcək.
Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsi Səməd Əhmədov həmçinin bildirdi ki,yeni bulvarın tikintisində 500- yaxın işçi çalışır və onlara əmək haqqları vaxtı-vaxtında verilir.
O,həmçinin əlavə etdi ki,Sumqayıt şəhərində görülən işlər çox böyük və çoxşaxəlidir.Belə ki,Sumqayıtın giriş hissəsində olan avtomobil yolunda genişləndirmə işləri aparılır və yaxın günlərdə o yola asvalt örtüyü vurulacaq.
Bildirək ki,Sumqayıtda intensiv olaraq gedən abadlıq-quruculuq işləri icra hakimiyyəti Zakir Fərəcovun işinə məsuliyyətli yanaşmasının nəticəsidir.Məhz onun hakimiyyətə gəlişindən sonra şəhərin demək olar ki,şəhərin hər yerində təmir,yenidənqurma işlərinə başlanılıb və şəhərdə gedən inkişaf gözdən yayınmır.
Həqiqətən də bu gün Sumqayıtın gözəlləşməsi istiqamətində atılan addımlar uğurla nəticələnməkdədir!
Bolgexeber.com