BolgeXeber.Com » Xəbərlər » Zakir Həsənov Tərtərə getdi - FOTOLAR

Zakir Həsənov Tərtərə getdi - FOTOLAR

26-04-2016, 16:12
Oxunub: 2 773 Zakir Həsənov Tərtərə getdi - FOTOLARAprelin 25-dən 26—na keçən gecə cəbhə xəttində baş verən hadisələrlə bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayonunda olub

Bolgexeber.com xəbər verir ki,nazir Tərtər şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Sonra Müdafiə Naziri Tərtər rayon sakinləri ilə görüşüb. O, qeyd edib ki, ötən gecə ermənilər yenidən atəşkəs rejimini pozaraq cəbhəboyu yaşayış məntəqələrini atəşə tutub Cəbhədə erməni hərbi birləşmələrinin növbəti təxribatlarının qarşısını Azərbaycan ordusu layiqincə ala bilib və düşmənə sarsıdıcı zərbələr endirib.

Görüşdə sakinlər yüksək əhval-ruhiyyədə olduqlarını, Vətəninin müdafiəsi və ermənilərin işğal etdiyi torpaqların azad olunması üçün hər zaman Azərbaycan Silahlı Qüvvələrinə dəstək olduqlarını bildiriblər. Ordu və xalq birliyini nümayiş etdiriblər.
Zakir Həsənov Tərtərə getdi - FOTOLAR
Zakir Həsənov Tərtərə getdi - FOTOLAR
Zakir Həsənov Tərtərə getdi - FOTOLAR
Zakir Həsənov Tərtərə getdi - FOTOLAR
Zakir Həsənov Tərtərə getdi - FOTOLAR
Zakir Həsənov Tərtərə getdi - FOTOLAR
Zakir Həsənov Tərtərə getdi - FOTOLAR