BolgeXeber.Com » Xəbərlər » Tərtərin icra başçısı: ''Ermənilərin atdığı mərmi elektrik yarımstansıyasına düşüb, 11 kənd işıqsız qalıb''
Tərtərin icra başçısı: ''Ermənilərin atdığı mərmi elektrik yarımstansıyasına düşüb, 11 kənd işıqsız qalıb''
27-04-2016, 11:12
Oxunub: 2 445
Son bir sutkada ermənilərin cəbhənin Tərtər rayonunun cəbhəboyu kəndlərini atəşə tutması nəticəsində 8 fərdi yaşayış evinə ciddi ziyan dəyib
Bolgexeber.com bildirir ki,bu barədə "report"a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov məlumat bildirib.
Onun sözlərinə görə, rayonun Seyidinli, Qapanlı, Qazıyan, Seysulan, Çiləbürt, Yarımca, Göyarx kəndlərində bir neçə fərdi yaşayış evinə "qrad" mərmisi düşüb: "Ermənilərin atdığı "qrad" mərmilərindən biri İsmayılbəyli kəndində 35 kilovatlıq elektrik yarımstansiyasının yaxınlığında partlayıb. Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kənd elektrik enerjisiz qalıb".
O qeyd edib ki, hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır: "Artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq. Dəymiş ziyanla bağlı Tərtər Rayon Fövqəladə Hallar Komissiyasında araşdırmalar aparılır".
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyininin mətlumatına əsasən, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman