BolgeXeber.Com » Xəbərlər » Sabirabad təhsili ilə bağlı iddialar... - Nazirə AÇIQ MƏKTUB

Sabirabad təhsili ilə bağlı iddialar... - Nazirə AÇIQ MƏKTUB

27-04-2016, 11:21
Oxunub: 2 557 Sabirabad təhsili ilə bağlı iddialar... - Nazirə AÇIQ MƏKTUBBu məktəbdən də küllü miqdarda dövlətə vurduğu ziyanla əlaqədar olaraq işdən qovulmuş və işləri korrupsiya idarəsi tərəfindən nəzarətə götürülmüşdür

Sabirabad sakini Anar Ağabəyli təhsil naziri Mikayıl Cabbarova məktubla müraciət edib.

Bolgexeber.com dia.az-a istinadla müraciəti təqdim edir:

Yaxın günlərdə müvafiq qərarınıza əsasən direktorların işə qəbulu ilə bağlı test imtahanı keçirilmişdir. Test imtahanı bir tərəfdən yaxşıdır ki direktorlar xüsusi biliyə və idarəçilik qabiliyyətinə malik olan insanları müəyyən edəcək. Amma çox təəssüf hissi ilə qeyd edirəm ki, Sabirabad rayonu üzrə vakansiyalar üzrə elə insanlar sizin tətbiq eddiyiniz testdən keçib ki bir daha insanda sizin yaratdığınız bu qaydaların şəffaflığına şübhə oyadır. Bunu deməyə bir neçə faktım var və xahiş edirəm bu məsələni cox ciddi araşdırarsız.
1. Qalaqayın kənd orta məktəbinə imtahandan keçmiş Əliyev Əhəd Abbas oğlu. Əliyev Əhəd Abbas oğlu Sabirabad rayonu 8 saylı beynəlmiləl tam orta məktəbin tədris işləri üzrə müavini vəzifəsində çalışaraq məlum səbəblərə görə məktəbdən qovulmuşdur. Sonra bu insan Saatlı rayonunun Novruzlu kəndində məktəb direktoru təyin olunmuşdur.
Bu məktəbdən də küllü miqdarda dövlətə vurduğu ziyanla əlaqədar olaraq işdən qovulmuş və işləri korrupsiya idarəsi tərəfindən nəzarətə götürülmüşdür. Hal hazırda onun dövlətə vurduğu ziyan ödənməsə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılıb barəsində tədbir görüləcək.
2. Sabirabad rayonu Qarağac kənd orta məktəbinin sabiq direktoru Elşən İsmayılov və Qaragüney kənd orta məktəbinin direktoru Çingiz Ağacanov, Təhsil Nazirliyinin 2015-ci ilin dekabr ayında apardığı yoxlama nəticəsində i.lərində yol verdikləri ciddi nöqsanlara görə tutduqları vəzifədən azad olmuşlar.
Gəlin indi nəticəyə baxaq: Savad, bacarıq, qabliyyətləri 0 dərəcədə olan bu yoldaşlar yenidən imtahan verib yerdəyişmə edərək guya testdən keçiblər. Çingiz Ağacanov Qarağac məktəbinə, Elşən İsmayılov isə Qaragüney məktəbinə. Belə bir biabırçılıq Azərbaycan təhsilinə yaraşarmı? Nazirliyin İnsan Resurs Mərkəzi beləmi işləyir? Xahiş edirəm bu qeyd olunan faktları araşdırıb və belə yaramaz insanları təhsil sahəsindən uzaqlaşdırasınız".
Qarşı tərəfi dinləməyə hazırıq.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...