Azərbaycanlı iş adamının 25 milyonluq villası plana düşdü
27-04-2016, 13:12
Oxunub: 3 298
ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın Türkiyədə 25 milyon dollara aldığı mülk sökülür
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ötən il korrupsiya və rüşvətxorluq qalmaqalında adı hallanan R. Zərrabın qeyri-qanuni şəkildə satın aldığı tarixi əhəmiyyətli mülklər dövlətin nəzarətinə keçib.
Hazırda həbsdə olan biznesmenin Türkiyənin Kandil vilayətində yerləşən üç mərtəbli villasının söküntüsünə başlanıb. Mülkün qanunsuz tikildiyi iddia edilir.
Məlumatda, həmçinin qeyd olunub ki, Rza Zərrabın Kanlıca bölgəsində 40 milyon dollara satın aldığı tarixi əhəmiyyətli binada da qanunsuz olaraq restovrasiya işləri aparılıb. R. Zərrabın bir-başa göstərişi ilə həminbinaya müasir görünüş verilib.
Həmin binanın növbəti aylarda söküləcəyi qeyd edilib.
Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.
Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər