Eldar Mahmudov niyə hələ də azadlıqdadır?
27-04-2016, 13:17
Oxunub: 3 978
S.Əkbərin sözlərinə görə, görünür, E.Mahmudovun hələ də həbs olunmamasında başqa səbəblər var və bu səbəblər ictimaiyyətə bəlli deyil
Son günlər mətbuatda sabiq MTN rəhbəri Eldar Mahmudovun barəsində yeni məlumatlar üzə çıxdı. Məlum olur ki, MTN təkcə sahibkarlara deyil, eyni zamanda dövlət xadimlərinə də təzyiq edərək, onlardan külli miqdarda vəsait alıb. Dövlət daxilində “reketçiliyi” həyata keçirmiş bir qurumun rəhbəri haqqında kifayət qədər məlumat var. Amma bütün bu məlumat bolluğuna baxmayaraq E.Mahmudov hələ də azadlıqdadır. Bəs, buna səbəb nədir? E.Mahmudovun hələ də azadlıqda olması nəylə bağlıdır?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, məsələnin hüquqi tərəfini Baş Prokurorluq cavab verməlidir. S.Əkbərin sözlərinə görə, görünür, E.Mahmudovun hələ də həbs olunmamasında başqa səbəblər var və bu səbəblər ictimaiyyətə bəlli deyil: “Eldar Mahmudovun həbs olunmamasının səbəbləri müxtəlif ola bilər. Burada MTN-in keçmiş başçısının fəaliyyəti ilə bağlı səbəblər də ola bilər. Bu səbəblər bilinmədiyindən konkret fikir söyləmək mümkün deyil. Eyni zamanda burada kompromatlarla bağlı səbəblər ola bilər ki, bu səbəblər Eldar Mahmudovun həbs olunmasını yubadır”.
S.Əkbər vurğuladı ki, ortada olan faktlar onu göstərir ki, E.Mahmudovun istintaqı tam, hərtərəfli və obyektiv aparılmır.
Hüquqşünas Əyyub Kərimov eyyub-kerimov2da bildirdi ki, E.Mahmudovun hələ də həbs olunmaması hüquqi yox, siyasi səbəblərlə bağlıdır. Çünki hüquqi müstəvidə bu qədər faktlar olduğu halda tədbir görülməli idi: “Amma biz eyni zamanda bilmirik ki, Çovdarov və digərləri rəhbərləri barədə nə deyiblər. Mətbuatda gedən informasiyaların hamısında baş verənlərin Eldar Mahmudovun razılığı olmadan reallaşa biləcəyini mümkünsüz edir. Əgər Eldar Mahmudovun xəbəri yox idisə, o zaman siyasi hakimiyyət nəyə görə onu tutduğu vəzifədən azad edirdi?”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər