ANS-in 26-cı şikayəti də təmin olunmadı
28-04-2016, 11:55
Oxunub: 3 752
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb. ANS-in apellyasiya şikayəti təmin edilməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bu barədə “Report”a MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə məlumat verib.
Onun sözlərinə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb. ANS-in apellyasiya şikayəti təmin edilməyib.
Beləliklə, məhkəmə ANS-in MTRŞ-ya qarşı verdiyi iyirmi altı apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, MTRŞ ötən ilin dekabrında ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar ANS Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 min manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsi ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxıb. Məhkəmə işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərarlar qəbul edib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub. Bundan sonra ANS yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın qərarlarını qüvvədə saxlayıb. Qərardan narazı qalan ANS apellyasiya şikayəti verib. Xatırladaq ki, daha əvvəl Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya qarşı verilmiş apellyasiya şikayəti üzrə doqquz məhkəmə iclasına baxılıb. Həmin iclaslarda da birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. ANS-in apellyasiya şikayətləri təmin edilməyib.
Xatırladaq ki, daha əvvəl Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya qarşı verilmiş apellyasiya şikayəti üzrə iyirmi beş məhkəmə iclasına baxılıb. Həmin iclaslarda da birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb. ANS-in apellyasiya şikayətləri təmin edilməyib.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman