Azad Rəhimovun biznes imperiyasi - təfsilat
28-04-2016, 14:01
Oxunub: 3 383
Paytaxtın ən gözəgəlimli ərazilərində gənclər və idman nazirinin obyektləri sıralanır
Ölkənin Gənclər və İdman naziri hakimiyyətin sevimli kadrlarından sayılır və getdikcə öz biznes imperiyasını gücləndirir. Xatırladaq ki, Azad Rəhimov nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olub. Onun biznesinin əsasını mebel ticarəti təşkil edib. A.Rəhimov hələ o vaxtlar Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda “İtaldizayn” şirkətini açıb. Bir müddət öncə isə nazirin məşhur xarici brendlərin Bakıda satışını həyata keçirən mağazalarının sırasına bir neçəsi əlavə olunub. Bu istiqamətdə Politika.Az-a daxil olan məlumatda deyilir ki, nazir bir neçə böyük mağazasını şəhərin mərkəzində cəmləməyə nail olub. Ötən gün Azad Rəhimova aid bir neçə mağazaya baş çəkdik.
Nazirin ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. Şirkət öz tarixi boyu nəinki mebel bazarında möhkəmlənib, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail olub. 1998-2006-cı il tarixinədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib.
Araşdırmamıza elə nazirə məxsus “İtaldizayn” şirkətinə məxsus bir neçə mağazaya baş çəkməklə başladıq. Qeyd edək ki, bu qrupa əksəriyyəti şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: “İdea”, “Creative System”, iki “Villeroy & Boch” butik və salonu, “Bang & Olufsen”, “Ambiance”, dörd “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection – Watches & Accessories”, “Yves Delorme”, “Baccarat – Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Roberto Coin – de Grisogono”; iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti; “İD Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkəti.
Nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq dir. Bu isə o deməkdir ki, açıq rəqabət şəraitində “İtaldizayn Group“un təklif və xidmətləri bazarda ən yaxşılardandır. Azad Rəhimov nazirolduqdan sonra imkanlarından istifadə edərək holdinqə daxil olan şirkətlərin beynəlxalq sərgilərdə iştirakını təmin edib. Holdinqin “Mebel ticarəti sahəsində ilin ən yaxşı şirkəti” nominasiyasında “UДћUR” milli mükafatına, Parisdə Avropanın otuz aparıcı şirkəti sırasında “Keyfiyyətə görə” Avropa beynəlxalq mükafatına layiq görülməsi bunun əyani sübutudur. Hazırda holdinqin prezidenti Elçin Zeynalov olsa da, bütün haqq-hesabı nazirin köməkçisi Fuad Hadıyev aparır
Xatırladaq ki, Azərbaycan qanunvericiliyində nəzərdə tutulub ki, dövlət məmuru bizneslə məşğul ola bilməz. Yuxarıdakı faktlardan da görürük ki, təkcə bir nazir bu qədər ticarət obyektinə yiyələnərək həmin sahəni inhisarda saxlayır.
Politika.Az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər