“Maqnit” mağazalar şəbəkəsində RƏZALƏT
28-04-2016, 16:08
Oxunub: 3 347
Biz “zəhmət olmasa göndərin” dedikdə isə “bilirsiniz, vacib səs yazısı olmadığına görə silmişəm
Aprel ayının 18-də Tərtər rayon sakini “Xəzər” telekanalında “Maqnit” mağazalar şəbəkəsinin endirimlə bağlı reklamını gördükdən sonra saat 12:27-də ticarət obyektinə məxsus 0559596546 nömrəsinə telefon açıb.
O, printer almaq istədiyini bildirib. Tərtər rayon sakini Nizami müəllim Modern.az saytına bildirib ki, telefona cavab verən xanım onun harada yaşadığını soruşub. “Maqnit”in işçisinə “Tərtərdə”, deyə cavab verən müştərinin sözü ağzında qalıb. Ticarət mərkəzinin əməkdaşı “nə.., məzələnirsiz? Tərtər ermənilərdədir axı” deyib.
Təsəvvür edirsiniz, cəbhədə vəziyyətin gərgin olduğu, Tərtərdə yüzlərlə evin, məktəbin dağıdıldığı, onlarla dinc sakinin öldürüldüyü, xəsarət aldığı bir vaxtda “Tərtər ermənilərdədir” deyən azərbaycanlı ola bilərmi?
Biz məsələni bir daha da dəqiqləşdirmək üçün həmin nömrə ilə əlaqə saxladıq.
Özünü Leyla olaraq təqdim edən xanıma dünən baş verənləri xatırlatdıqda, o, “burada böyüdüləsi bir məsələ yoxdur, bizdə telefon danışıqları qeydə alınır, istəyirsiniz səs yazısını göndərim” dedi.
Biz “zəhmət olmasa göndərin” dedikdə isə “bilirsiniz, vacib səs yazısı olmadığına görə silmişəm. Siz Allah məsələni şişirtməyin. Müştəri məndən soruşdu ki, “Gəncədə filialınız var?”, mən də dedim Gəncədə yox, Bərdədə var.
İndi mən də onun sözünü şişirdim? Adam nəyisə bilməyə bilər, burda ayıb nə var ki? O da nəyisə bilmədi də. Şişirtməyin, belə şeyləri”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər