BolgeXeber.Com » Xəbərlər » “Baklift” Müdafiə Nazirliyinin binalarına xidmət etmir

“Baklift” Müdafiə Nazirliyinin binalarına xidmət etmir

29-04-2016, 10:45
Oxunub: 4 430 “Baklift” Müdafiə Nazirliyinin binalarına xidmət etmirHəsən Əliyev küçəsi bina 1 D-də yaşayan hərbçi ailələri faciə ilə burun-buruna qalıb

Son vaxtlar bəzi binalarda liftlərin tez-tez xarab olması və sakinlərin bundan ziyan çəkməsinin, liftdə qalmalarının, hətta ölüm hallarının baş verdiyinin də şahidi oluruq. Hər dəfə də bu qəzalar Fövqəladə Hallar Nazirliyi tərəfindən aradan qaldırılır və liftin təmirinə məsul olan idarə və müəssisələr, cavabdeh şəxslər cəzasız qalılar.

Liftin can alacağı binalardan biri də akademik Həsən Əliyev küçəsi, bina 1D–dir. Bu binada əsasən hərbiçilər yaşayır. Sakinlərin deməsinə görə, binadakı lift 35 ildən artıqdır ki, quraşdırılıb. Ancaq bu vaxta qədər kimsə və ya hansısa bir idarə və müəssisə liftin təmiri ilə maraqlanmayıb. Hər dəfə lift xarab olanda sakinlər bir-birinin qapısını döyür, necə deyərlər, “sobrazim” edib lifti təmir etdirirlər.
2-ci blokun sakinlərinə sonuncu dəfə xəbərdarlıq olunub ki, özünüzü, uşaqlarınızı qoruyun. Artıq liftin trosu sıradan çıxıb. Burada kimsə həyatını itirə bilər. Qorxuya düşmüş sakinlər Bakı Lift-Təmir İstehsal Birliyinə müraciət ediblər. Oradan bildiriblər ki, bu barədə Nəsimi rayon şöbəsinə müraciət etsinlər. Nəsimi Rayon şöbəsindən də bildiriblər ki, onların siyahısında belə bir ünvan yoxdur. “Yəni, biz sizin binadakı liftin təmiri ilə məşğul olmuruq. Gedin yaşadığınız ərazinin MKİS-nə, yəni JEK-ə müraciət edin”.
İndi binanın sakinlərini fikir götürüb: Görəsən onların yaşadıqları binanın liftini hansı təşkilat təmir etməli və ya dəyişməlidir? Axı, bu binada yaşayanların əksəriyyəti hərbiçilərdir. Bina da Müdafiə Nazirliyinin balansındadır. Heç olmasa, ölkəmizin müharibə vəziyyətində olduğunu nəzərə alıb hərbiçilərin yaşadıqları binanın liftini dəyişdirmək və ya əsaslı təmir etmək olar. Millət hərbçilərə qan verir, ancaq Bakı Lift-Təmir İstehsal Birliyi onların yaşadıqları binanın liftini təmir etmir.
Bakı şəhərində köhnə liftlərin dəyişdirilməsi və əsaslı təmiri üçün Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb və bundan ötrü Prezidentin Ehtiyat Fondundan vəsait də ayırıb. Sərəncamda deyilir:”Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 7 milyon manat vəsait ayrılsın”. 2013-cü ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan da 12 milyon manatın ayrılmışdı.
Etiraf edək ki, bunlar böyük pullardır! Bəs, niyə bu gün akademik Həsən Əliyev küçəsi, bina 1D-nin sakinləri öz aralarında “atışıb” liftlərini təmir etdirirlər? Bu hal nə vaxta qədər davam edəcək? Bəs Prezidentin liftlərin təmirinə ayırdığı vəsair hara xərcləndi? Yoxsa bu vəsaitdən Müdafiə Nazirliyinin balansında olan binalara pay düşmür.
Yoxsa. "Baklift" İB-nin xidmət etdiyi liftlər Müdafiə Nazirliyinin balansında olan binalara aid deyil? Bəs, onda bu işlə məşğul olan hansı təşkilatdır?
İndi sakinlər mat-məəttəl qalıblar Dövlət başçısı liftlərin təmirinə bu qədər vəsait ayırdı, ancaq onların 35 ildən artıq ömrü olan liftlərinə yaxın gələn, sahib duran olmadı. Bu məsuliyyətsizlik, laqeydlik, insanların həyatına, sağlamlığına biganəlik edən, pulu hər şeydən üstün tutan məmur kimdir?
Yəqin gözləyirlər ki, binanın liftində də faciə baş versin, kimsə dünyasını dəyişsin, sonra hərəkətə keçsinlər. Sakinlər deyirlər ki, liftdə faciə baş versə, gələn olmayacaq. Deyəcəklər ki, ermənilər təxribat törədib. Görəsən hansı “erməni”


JAM.AZ