BolgeXeber.Com » Xəbərlər » Tağı Əhmədovu 3 milyon ziyana salan şok video

Tağı Əhmədovu 3 milyon ziyana salan şok video

30-04-2016, 09:53
Oxunub: 2 419 Tağı Əhmədovu 3 milyon ziyana salan şok video“Akif Çovdarovun əlində sabiq metropoliten rəhbərini bitirəcək kompromat olub”

Bu günlərdə mətbuatda Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədov barədə sensasion sayıla biləcək bir məlumat yayıldı. Həmin məlumatda bildirilirdi ki, ləğv edilmiş MTN-nin baş idarə rəisi olmuş Akif Çovdarov T.Əhmədovdan 3 milyon xərac alıb.

Xəbərdə xəracın alınmasına nəyin səbəb olduğu qeyd edilmirdi. Düzdür, bəzi gümanlar vardı, amma dəqiq fakt yox idi. Heç jurnalistlər də bu haqda çox dərinə getmədilər. Çünki Eldar Mahmudov vəzifədən çıxarıldıqdan sonra MTN çetesinin bir çox əməllərinin üstü açıldı. Məlum oldu ki, E.Mahmudova yaxın bir sıra MTN zabiti məmurlardan və iş adamlarından zorla pul alırmış. Bu siyahıya nazirlər, nazir müavinləri, komitə sədrləri, bizneslə məşğul olan imkanlı şəxslər daxil olub. MTN çetesinin zorakılığına məruz qalaraq onlara pul vermək məcburiyyətində qalan xeyli iş adamı bu barədə mətbuata danışıblar. Məmurlar isə susurlar. Hətta sabiq vəzifə sahibləri də bu mövzuda sükut edirlər.

Tağı Əhmədov da barəsində yayılan məlum xəbərə heç bir reaksiya bildirmədi. Bundan öncə onun bankda batan 8 milyon xəbərinə isə dolayısı ilə reaksiya vermişdi. “Yeni Müsavat”ın redaksiyasına ismarış yollamışdı ki, onun bankda 8 milyonu batmayıb. Ola bilər, məbləğ bir qədər az olduğundan “mənim o bankda 8 milyonum batmayıb” deyib sabiq metropoliten rəisi. Bəlkə 5 milyonu batıb, ya da, məsələn, 4 milyon 765 mini...
Tağı Əhmədovu 3 milyon ziyana salan şok video
Amma T.Əhmədov barəsində yayılan son xəbərə - A.Çovdarova 3 milyon ödəməsi haqda deyilənlərə tükünü belə tərpətmədi.

Etibarlılığına və mötəbərliyinə şübhə etmədiyimiz bir mənbə bu günlərdə musavat.com-a maraqlı məlumat verib. Mənbənin iddiasına görə, ortada Tağı Əhmədovu 3 milyon ziyana salan gizli çəkilən video olub. Bildirilir ki, MTN çetesinin gizli çəkilişlər “ustadı” Akif Çovdarovun əlində Tağı Əhmədovu bitirəcək kompromat varmış. Çovdarov həmin kompromatı əvvəlcə 5 milyona qiymətləndirib. Danışıqlar nəticəsində məbləğ 3 milyona endirilib. Bu danışıqlarda T.Əhmədovun mövqeyini ifadə edən, onu 2 milyon izafi xərcdən qurtaran bir başqa məmurun iştirakı haqda da məlumatlar dolaşır. Bəzi dəqiqləşdirmələrdən sonra o məmurun adını yazmağa çalışacağıq. Qaynağımız deyir ki, məbləğ ödənilib və kompromat oda davamlı seyflərdən birinə qoyulub...


Musavat.com