BolgeXeber.Com » Xəbərlər » Ordumuz 2 erməni hərbçisini məhv etdi

Ordumuz 2 erməni hərbçisini məhv etdi

30-04-2016, 11:13
Oxunub: 2 025 Ordumuz 2 erməni hərbçisini məhv etdiAzərbaycan Silahlı Qüvvələri iki erməni hərbçisini məhv edib

Bolgexeber.com report-a istinadən bildirir ki, bunlar 1997-ci ildə anadan olmuş Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutyunyandır.
Məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub. Talış kəndi istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu cavab atəşi ilə iki erməni hərbçisini məhv edib.

Qeyd edək ki, aprelin 29-da gecə və gündüz erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Yusifcanlı, Sarıcalı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizi