BolgeXeber.Com » Xəbərlər » “Vətən Sizə Güvənir Azərbaycan Əsgəri”

“Vətən Sizə Güvənir Azərbaycan Əsgəri”

30-04-2016, 18:27
Oxunub: 2 168 “Vətən Sizə Güvənir Azərbaycan Əsgəri” Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi əhali arasında hərbi vətənpərvərlik tərbiyyəsi ilə bağlı silsilə tədirlər işləyib hazırlayıb həyata keçirib

Bildiyimiz kimi son günlər cəbhə xəttində baş verən atəşkəs reyiminin pozulması və işğalçı Ermənistan Ordusunun törətdiyi təxribatlara Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavab verməsi, hərbiçilərimizin şücaəti və igidliyi bütün ölkə əhalisində olduğu kimi biz mədəniyyət işçiləri arasında da böyük ruh yüksəkliyi yaradıb. Əsgərlərimizə hər zaman dəstək olmaq, onlarda bir ruh yüksəkliyi oyatmaq bizim hər birimizin borcumuzdur. Əgər Ali Baş Komandanımız cənab İlham Əliyev əmr versə uşaqdan böyüyə, yaşlıdan cavana hərkəs vətən uğrunda döyüşüb canından keçməyə hazırdır. Bununla bağlı bu qənaətə gəlinirki biz Azərbaycanlılar heç vaxt öz əzəli torpaqlarımızın itirilməsi ilə barışmayacaq və tezliklə bu dədə-baba torpaqlarımıza qayıdacağımıza əminik.

Keçirilən silsilə tədbirlərin davamı olaraq 30.04.2016-cı il tarixdə Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilən mərkəzin filialları olan Kolayır kənd Xalaq yaradıcılığı evi, Gülgəzli kənd Folklor evi, Mollaəhmədli kənd klubunun bədii özfəaliyyət kollektivlərinin “Vətən Sizə Güvənir Azərbaycan Əsgəri” adlı konsert proqramı tamaşaçılarda vətənpərvərlik hisslərini daha da coşdurdu.
Bolgexeber.com
“Vətən Sizə Güvənir Azərbaycan Əsgəri”
“Vətən Sizə Güvənir Azərbaycan Əsgəri”
“Vətən Sizə Güvənir Azərbaycan Əsgəri”
“Vətən Sizə Güvənir Azərbaycan Əsgəri”
“Vətən Sizə Güvənir Azərbaycan Əsgəri”
“Vətən Sizə Güvənir Azərbaycan Əsgəri”
“Vətən Sizə Güvənir Azərbaycan Əsgəri”