Ölüm xəbəri yayılan əməkdar artistdən açıqlama - "...nisbətən yaxşıyam"
2-05-2016, 11:39
Oxunub: 5 112
“Mənə baş çəkməyə ancaq yayda gəlirlər”
Əməkdar artist Məcnun Hacıbəyovun səhhəti əvvəlki günlərlə müqayisədə yaxşıdır.
Axşam.az bildirir ki, bu barədə “Report”a açıqlamasında o, özü məlumat verib.
“Düzdür, başım hərlənir, özümü pis hiss edirəm. Amma nisbətən yaxşıyam”, - aktyor bildirib.
Əməkdar artist hazırda evində olduğunu deyib:
“Mən tək yaşayıram. Mənə heç nə lazım deyil, dərmanım, hər şeyim var”.
M.Həcibəyov yanına gəlib-gedənin olmadığını da əlavə edib:
“Mənə baş çəkməyə ancaq yayda gəlirlər”.
Qeyd edək ki, bu gün 81 yaşlı aktyorun ölüm xəbəri yayılıb.
O, 1935-ci ildə Quba rayonunun İkinci Nügədi anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.
Aktyor 2010-cu ildən İkinci Nügədi kəndində yaşayır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər