BolgeXeber.Com » Xəbərlər » Azad Rəhimovun oğlunun şirkətinin yeni gizlinləri... - FOTOLAR

Azad Rəhimovun oğlunun şirkətinin yeni gizlinləri... - FOTOLAR

2-05-2016, 12:17
Oxunub: 2 301 Azad Rəhimovun oğlunun şirkətinin yeni gizlinləri... - FOTOLARO da maraqlıdır ki, adətən özü və nazirliyi barədə tənqidlərə bir qayda olaraq, susqunluq nümayiş etdirən Azad Rəhimov 3 il öncə bu mövzuda KİV-in yazdıqlarına nəyə görəsə dərhal və kəskin reaksiya vermiş, hətta ANS telekanalını məhkəməyə vermək istəmişdi...

Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus olan “DDLAR Grop” şirkəti atasının nazirliyinin kifayət qədər bahalı sifarişlərini həyata keçirmək üzrə ixtisaslaşıb. Qaynarinfo.az-ın araşdırmasına görə, belə düşünməyə həmin şirkətin indiyədək keçirilən bir çox tenderlərin qeyd-şərtsiz qalibi olması da təsdiqləyir.

Öncədən bildirək ki, nazir oğlu "DDLAR GROUP" adlı özəl şirkətini 2011-ci ildə qurub və hazırda da ona rəhbərlik edir. Bununla yanaşı, Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridir. "Baku Grand Prix" şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1"in "Qran Pri" yarışının təşkilatçısıdır. Bu məsələdə də ona “etimad göstərilməsinin” səbəbi ilk növbədə atasının gənclər və idman naziri postunu tutmasıdır.

***

Nazir oğlunun “DDLAR Group”u əslində 1999-cu ildən fəaliyyətə başlayan “İNŞAATÇI” tikinti firmasının varisidir. Hazırda Bakının rayonlarında tikilən “Premium” və “De Lüks” sinifli komplekslər bu qrupun məhsuludur. Amma bir sual açıq qalır: həmin şirkəti yaratmamışdan əvvəl sadəcə iki il - 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyən Arif Rəhimov belə geniş biznes layihələri həyata keçirmək üçün ilkiin maliyyəni haradan əldə edib?!



***

“DDLAR Group” Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayını inşa edib. Amma bununla bağlı da kifayət qədər mübhəm suallar var.

Qeyd edək ki, ölkə başçısı 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamın icrası Gənclər və İdman Nazirliyinə həvalə edilib. Nazir Azad Rəhimov isə öz növbəsində bu işi oğlunun şirkətinin ixtiyarına buraxıb. Ancaq məlum deyil ki, bu zaman satınalmalar barədə qanunvericiliyin tələbləri nə qədər gözlənilib. Kifayət qədər ciddi rəqəmlərə başa gələn həmin obyektin inşası ilə bağlı tender elan edilibmi, tenderə hansı şirkətlər qoşulub? Bu suallar da öz cavabını gözləyir və yəqin ki, həmin cavablarla tanış olmaq bundan sonra da mümkün olmayacaq.

***

Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz "DDLAR GROUP" tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Bu komplekslərlə bağlı müəmmalar isə lap dərindir. Belə ki, onların sifarişinin necə, hansı səbəblər və şərtlərlə verildiyinin sirr olması bir yana, bu istiqamətdə xərclər də mübahisə mövzusudur. Söhbət az qala bir-birinin təkrarı olan həmin komplekslərin hər birinin başa gəlmə xərcləri arasındakı kəskin uçurumdan gedir.

Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib.

O da maraqlıdır ki, adətən özü və nazirliyi barədə tənqidlərə bir qayda olaraq, susqunluq nümayiş etdirən Azad Rəhimov 3 il öncə bu mövzuda KİV-in yazdıqlarına nəyə görəsə dərhal və kəskin reaksiya vermiş, hətta ANS telekanalını məhkəməyə vermək istəmişdi...
Həmçinin "Crystal Hall"un ötən ilin yayında Bakıda keçirilən Birinci Avropa Oyunları üçün hazırlığı və Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi işləri də Gənclər və İdman Nazirliyi tərəfindən məhz Arif Rəhimovun “DDLAR Group”una sifariş edilib.
Ümumiyyətlə, onun şirkətinin atasının rəhbərlik etdiyi nazirliyin tender müsabiqələrinin əsas qalibinə çevrilməsi birmənalıdır. Bu isə həmin tenderlərin ədalətliliyi və şəffaflığı ilə bağlı şübhələri kifayət qədər dərinləşdirir.

Maraqlıdır ki, “DDLAR Groupu” un rəsmin internet səhifəsinin “Tenderlər” bölümü az qalsın, boşdur. Daha doğrusu, burada holdinqin “Gülüstan” yaşayış kompleksi, Gənclik yaşayış binası, “Astoriya” və “Green Palace” yaşayış kompleksləri barədə reklam xarakterli məlumatlarl atanış olmaq olar, amma Gənclər və İdman Nazirliyindən alınan sifarişlərlə bağlı bir kəlımə də yox. Bir sözlə, “Tenderlər” bölümü adına dəxli olmayan məlumatlar yerləşdirilib, bu isə dövlət satınalmaları məsələsində şirkətin də nazirlik kimi susqunluğa üstünlük verdiyini göstərir. Nəticədə isə bu mövzuda sirr pərdəsi daha da böyüyür.

Qeyd edək ki, Arif Rəhimovun rəhbərlik etdiyi "Baku Grand Prix" şirkəti bu il Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula-1"in "Qran Pri" yarışının təşkilatçısıdı. Ayrılan vəsaitlər böyük ölçüdə nazir oğlunun bu şirkətinə yönləndirilir.

Sözügedən şirkətin Formula 1 Avropa Qran Prisinin 2016-cı ildə Bakıda keçirilməsinin rəsmiləşməsindən qısa müddət sonra yaradılması xüsusi maraq doğurur. Görəsən, sözügedən yarış ərəfəsində həmin şirkətin yaradılmasında və Formula 1 Avropa Qran-Prisinin Bakıda təşkilinin bu şirkətə həvalə edilməsində doğrydanmı, qaranlıq, şübhəli heç bir məqam yoxdur?!
Azad Rəhimovun oğlunun şirkətinin yeni gizlinləri... - FOTOLAR
Azad Rəhimovun oğlunun şirkətinin yeni gizlinləri... - FOTOLAR
Azad Rəhimovun oğlunun şirkətinin yeni gizlinləri... - FOTOLAR
Azad Rəhimovun oğlunun şirkətinin yeni gizlinləri... - FOTOLAR