BolgeXeber.Com » Xəbərlər » Gəncədə “Simurq”da sürücülərə necə sitəm edilir? - Sürücü və sərnişinlərin həyatı təhlükə qarşısında
Gəncədə “Simurq”da sürücülərə necə sitəm edilir? - Sürücü və sərnişinlərin həyatı təhlükə qarşısında
3-05-2016, 13:39
Oxunub: 4 433
Rəhbərlik sürücülərin əmək haqlarının kart vasitəsi ilə alması istiqamətində də süni problem yaradıb
Moderator.az-a Gəncə şəhərində fəaliyyət göstərən “Simurq” kompaniyası ilə bağlı maraqlı informasiya daxil olub. Belə ki, “Simurq” rəhbərliyinin sürücüləri ağır şərtlər altında çalışdırdığına diqqət çəkən mənbə, sürücülərin gün ərzində 16 saat işlədildiyini bildirib:
“Simurq” rəhbərliyi sürücülər üçün faktiki olaraq 16 saatlıq iş qrafiki formalaşdırıb ki, bu da hər şeydən öncə əmək qanunvericiliyə ziddir və işçilərin açıq-aşkar istismar edilməsi deməkdir. Lakin bundan daha narahatverici məqam isə 16 saatlıq iş yükünə malik olan sürücülərin qəza törətmək ehtimalının çox olmasıdır. Belə ki, sürücülər gün boyu həddindən artıq işlədikləri və yorğun olduqları üçün nəqliyyat vasitəsini lazımi diqqətlə idarə edə bilmir, bəzi hallarda qəzalar törədir, özlərinin, habelə sərnişinlərin həyatını təhlükə qarşısında qoyurlar.
Rəhbərlik sürücülərin əmək haqlarının kart vasitəsi ilə alması istiqamətində də süni problem yaradıb. Məqsəd sürücülərin əmək haqqının bəlli bri qisminə əl qoymaqdır. Eyniylə sovet dönəmində olduğu kimi bu gün də “Simurq” kompaniyasında rəhbərlik işçilərin əvəzinə əmək haqqı cədvəlinə qol çəkir, maliyyə bölgüsünü istədiyi şəkildə həyata keçirir.
Marşurutların yeri satıldığı üçün sürücülər qaraja hər gün pul ödəmək məcburiyyətindədir. Bundan başqa, nəqliyyat vasitələrinin yanacaq təchizatı və təmiri də tamamilə sürücülərin boynundadır. Sürücülər nəqliyyat vasitələrinin yuyulmasını belə öz vəsaitləri hesabına həyata keçirirlər. Bu səbəbdən də bir çox hallarda sürücülər ağır iş günündən sonra evlərinə 5 manat aparmaq naminə nəqliyyat vasitəsini yuduzdurmur, nəticədə sərnişinlərə çirkli, natəmiz avtobuslarla xidmət göstərirlər.
Bir sözlə, bu gün “Simurq” kampaniyasının iş mexanizminin ciddi şəkildə təftişiə ehtiyac var. Belə bir təftiş bu sahədəki çoxlu sayda qanunsuzluqların aşkara çıxalrılmasını təmin etməklə yanaşı, sərnişinlərə nümunə xidmətin təmin edilməsi, onların, eləcə də sürücülərin təhlüksəizliyinin təmin edilməsi baxımından zəruridir”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər