"O foto görüntülər tamamilə saxtadır" - MN
3-05-2016, 16:31
Oxunub: 3 320
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib
Nazirliyin mətbuat xidmətindənverilən məlumatda qeyd olunur ki, Ermənistan mətbuatında yer alan foto görüntülər tamamilə saxtadır və düşmən tərəfindən Silahlı Qüvvələrimizə qarşı növbəti təxribatdır: “Şəkildə əks olunan hərbi qulluqçu həqiqətən döyüş əməliyyatlarında iştirak edib. Ancaq top heyətinin komandiri olduğundan bilavasitə ön xətdəki hərbi əməliyyatlara qatılmayıb. Qarşı tərəfə təhvil verilən bütün erməni cəsədləri beynəlxalq müşahidəçilərin iştirakı ilə həyata keçirilib, baş kəsilmə və meyitlərin üzərində hər hansı digər işgəncə halları qeydə alınmayıb”.
Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, Xocalı şəhərində 63 azyaşlı uşağı, xeyli sayda qadın və ahıl insanı amansızlıqla qətlə yetirən və bununla fəxr edən erməni qatillərinin özlərini bizimlə müqayisə etmələri gülüncdür: “İnsanlığa qarşı vandalizm əməllərini törədənləri qəhrəman etmək yalnız ermənilərə xas olan xüsusiyyətdir”.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə məlumat yayıb. Fotoları da paylaşılan həmin hərbçinin ölkə başçısı tərəfindən mükafatlandırıldığı qeyd olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər