"Zapravka"larda bizi aldadırlar - rəsmi
5-05-2016, 12:30
Oxunub: 3 063
“Yoxlamaların dayandırılmasından bir sıra sahibkarlar sui-istifadə edir”
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra yanacaqdoldurma məntəqələrinin (YDM) fəaliyyətində nöqsanlar aşkarlayıb.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
“Bəzi yanacaqdoldurma məntəqələri bizim möhürləri qırır. Dövlət qurumunun möhürünü qırmaq olmaz, buna görə cinayət məsuliyyəti nəzərdə tutulub.
Bizim monitorinqlərimiz göstərir ki, bir çox yanacaqdoldurma məntəqələri istehlakçıların, sürücülərin avtomobillərinin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vurur. Bununla bağlı müvafiq sənədlər toplanıb və prokurorluq orqanlarına göndərilib”, - deyə R.Həsənov qeyd edib.
Onun sözlərinə görə, aidiyyati dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasından bir sıra sahibkarlar sui-istifadə edir:
“Təbii ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması sahibkarlığın inkişafına ciddi təkan verir. Amma bundan sui-istifadə edənlər də az deyil. Sözsüz ki, bizim qurumun qarşısında duran vəzifələri biz icra edirik.
İstehlak bazarında apardığımız monitorinqlər nəticəsində yararsız məhsullar aşkarlanırsa, biz istehsalçı müəssisəyə getmədən, müvafiq tələbnamə göndərməklə lazımi tədbir görürük. Tələbnamə icra olunmadıqda, müvafiq sənədlər toplanılaraq prokurorluq orqanlarına təqdim olunur”, - deyə R.Həsənov qeyd edib.
www.oxu.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər