Deputatlar Antalyaya gedir - Bu dəfə futbol oynamağa
5-05-2016, 16:31
Oxunub: 3 462
Mayın 6-9-da Türkiyənin Antalya şəhərində 4 ölkənin - Azərbaycan, Polşa, Ukrayna və Türkiyə parlamentariləri arasında futbol matçı keçiriləcək
Azərbaycan Milli Məclisini təmsil edəcək 20 nəfərdən ibarət komandanın kapitanı parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov olacaq.
Bolgexeber.com modern.az-a istinadən xəbər verir ki, ötən illərlə müqayisədə bu il Milli Məclisi təmsil edəcək komandanın heyətində dəyişiklər olub və yeni deputatların əksəriyyəti bura daxil edilib. Köhnə tərkibdən isə Fazil Mustafa və Zahid Oruc komandada qalıb.
Komandada təmsil olunan yeni üzvlərdən Mahir Abbaszadə Modern.az-a bildirib ki, onlar futbol yarışı üçün məşqlərə başlayıblar.
“10 gün olar ki, məşq edirik. Məşqlərimiz əsasən “Neftçi” klubun bazasında və Tennis Akademiyasının meydançalarında olur. Bizi “Neftçi”nin keçmiş futbolçusu Oqtay Abdullayev hazırlaşdırır. İstəyirik yarışda qalib gələk. Prinsipial yarış olmasa da, qələbə qazanmaq arzusundayır”.
M.Abbaszadə qeyd edib ki, yarışlar mayın 7-də başlayacaq.
“4 oyun keçiriləcək, komandalar iki qrupda yarışacaq. Oyunlar mayın 7-də başlanacaq, mayın 8-də isə final olacaq. Finalda iştirak edənlər 1 və 2-ci yerləri bölüşdürəcək, eyni zamanda 3 və 4-cü yerlər uğrunda mübarizə aparılacaq”.
Komandanın kapitanı Fuad Muradovdur. Deputatlardan Azər Badamov, Fazil Mustafa, Zahid Oruc, Kamran Bayramov, Tahir Mirkişili, Mahir Abbaszadə, Kamran Nəbizadə, Elşad Həsənov və Milli Məclis aparatından 11 nəfərlik heyət komandada təmsil olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər