Ağcabədidə iki inspektorun sərgüzəştləri
5-05-2016, 18:54
Oxunub: 4 043
Elmidar Əliyev və Müslüm Məmmədov rayonun DYP rəisi Dadaş İbrahimovu belə saymırlar
Təkcə Bakıda deyil, rayonlarda da DYP əməkdaşlarının qanunsuzluq etdiyi, özbaşınalığa yol verdiyi və kimlərisə «himayələri»nə aldıqları sirr deyil. JAM.AZ xəbər verir ki, Ağcabədidə isə durum daha vahiməlidir. Çünki bu rayonun DYP-nin əməkdaşı olan iki inspektor sözün həqiqi mənasında özbaşınalığın pik həddindədirlər.
Bildirək ki, Ağcabədi Polis Şöbəsinin DYPB-nin inspektorları Elmidar Əliyev və Müslüm Məmmədovun öz qanunları və qaydaları var. DYPB-nin rəisi Dadaş İbrahimovun da gücü çatmadı bu cütlük, heç kimi saya salmırlar.
Verilən məlumatlarda vurğulanır ki, Elmidar Əliyevin bir çox işlərinin ört-basdır edilməsinin əsas səbəbləri sırasında onun yaxın qohumunun sabiq icra başçısı Fəxrəddin Həsənov olması və arxasında BDYPİ-dəki yüksək çinli məmurların dayanmasıdır. Bu iki inspektorun ən böyük özbaşınalığı isə Ağcabədi Pedoqoji Kollecinin qarşısında yüksək sürətlə hərəkət edən, kollec tələbələrinin həyatı üçün təhlükə yaradan «avtoş»lardan aylıq haqq almalarıdır.
Məlumatlarda vurğulanır ki, Elmidar Əliyev və Müslüm Məmmədovun ən «orjinal» cərimə metodları Abğcabədiyə təşrif buyurmuş başqa rayonun maşınlarına tətbiq edilir. Belə ki, əgər yerli avtomobillər qaydanı pozarsa, qanunla nəzərdə tutulmuş qaydada cərimə yazılırsa, kənar rayonların sürücülərindən həmin pul nağd şəkildə alınır.
Daxil olan məlumatlarda o da vurğulanır ki, cütlüyün əsas hədəfləri sırasında toydan çıxan şəxslərdir. Belə ki, onlar Şadlıq Evlərinin yaxınlığında «pusqu» quraraq, toydan çıxan avtomobil sahiblərini saxlayıb, onları «içkilisən» adıyla «cərimə»ləyirlər. Bu cərimələr bəzən 500 manata qədər yüksəlir və yerindəcə ödəmə yolu ilə çözülür.
İşin ən pis tərəflərindən biri isə Elmidar Əliyev və Müslüm Məmmədovun sürücülük vəsiqəsi olmayan rayon gənclərindən aylıq haqq almalarıdır. Yəni, sürücülük vəsiqən olmasa belə, Ağcabədidə maşın sürmək problem deyil. Önəmli olan adları çəkilən DYP əməkdaşlarını ayda bir dəfə görməkdir.
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər