Parlamentdə Türkiyə ilə viza rejiminin ləğvini təklif etdilər
6-05-2016, 13:21
Oxunub: 2 076
“Türkiyə həmişə Azərbaycanı dəstəkləyir”
Türkiyə və Azərbaycan arasında viza sistemi ya ləğv olunmalı, ya da vizada nəzərdə tutulan müddət uzadılmalıdır.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Azərbaycan hökuməti ilə Rumıniya hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında sazişin təsdiq edilməsi barədə müzakirələrdə çıxışı zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib.
S.Novruzov bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir:
“Son hadisələr də bunu göstərdi ki, Türkiyə həmişə Azərbaycanı dəstəkləyir”.
S.Novruzov qeyd edib ki, xüsusən 3 aylıq vizadan Naxçıvan əhalisi əziyyət çəkir:
“Türkiyədə işləyən Naxçıvan sakini 3 aydan bir Naxçıvana geri qayıtmalıdır. Belə çıxır ki, işlədiyini də yol xərcinə verməlidir. Heç olmasa, ilkin mərhələdə Naxçıvan sakinləri üçün bu viza sistemi ləğv olunmalıdır”.
Sədr Oqtay Əsədov isə bildirib ki, Türkiyə və Azərbaycan arasında viza məsələsi ilə bağlı iş gedir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə