“Şahənşah”şadlıq sarayı müştəriləri aldadır-ŞİKAYƏT
6-05-2016, 13:45
Oxunub: 35 047
“Şahənşah” şadlıq sarayının administratoru tərəfindən aldadılan müştəri pulunu geri istəsə də onu aldatmış administrator bu şadlıq sarayında toy etmək qərarından daşınmış vətəndaşın pulunu vermək istəmir
Binəqədi rayonu 7-ci mikrorayon, ev 16 A, mənzil 17-də yaşayan Fazil Kərimov “Şahənşah” şadlıq sarayının administratoru tərəfindən aldadıldığını deyir. O, bununla bağlı saytımızın “Poçt qutusu”na yazıb.
Publika.az xəbər verir ki, hər şey Fazil Kərimovun övladına toy etmək istəyindən sonra başlayıb: “Övladıma toy etmək üçün bizim ərazidə Binəqədi rayonu, Süleyman Sani Axundov 39 ünvanında yerləşən “Şahənşah” şadlıq sarayının Ramal adlı administratoruna müraciət etdim. Oğlumun toyunu mayın 6-a planlaşdırdım. O mənə bildirdi ki, “Şahənşah” şadlıq sarayında bizim qonaqlar tam yerləşə bilər. Ramala oğlan və qız toyunun bir yerdə olacağını, bu səbəbdən də mənə 600 nəfər qonağın yerləşə biləcəyi geniş zalın lazım olduğunu dedim”.
Administrator isə müştəriyə şadlıq sarayının zalında guya 500, amfiteatrda isə 180 nəfər yerləşdirməyin mümkün olduğunu deyərək onu şirnikləndirib: “Ramal məndən 100 manat beh aldı və həmin tarixdə toy üçün təminat verdi. O, mənə dairəvi masalarda 13 nəfər, düzbucaqlı masalarda isə 18 nəfərin yerləşdiyini dedi. Amfiteatrdakı masaların hər birində isə 20 nəfərin rahat yerləşdiyini bildirdi. Hesablamalara əsasən, belə qənaətə gəldim ki, “Şahənşah” şadlıq sarayında 620 nəfər yerləşə bilər. Ancaq şadlıq sarayına baxış keçirəndə məlum oldu ki, dairəvi masalarda 12 nəfər, düzbucaqlı masalarda isə 14 nəfər yerləşdirmək mümkündür. Bu qayda ilə hesabladıqda məlum oldu ki, Ramal məni aldadıb. Bununla razılaşmayıb behi geri istədikdə o məni təqsirkar hesab etdi və pulu verməyəcəyini bildirdi”.
“Şahənşah” şadlıq sarayının administratoru tərəfindən aldadılan müştəri pulunu geri istəsə də onu aldatmış administrator bu şadlıq sarayında toy etmək qərarından daşınmış vətəndaşın pulunu vermək istəmir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər