Hacıqabulda “Heydər Əliyev və Vətən məhəbbəti” adlı Kitab bayramı keçirildi
6-05-2016, 18:49
Oxunub: 4 586
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Heydər Əliyevin adını daşıyan parkda “Heydər Əliyev və Vətən məhəbbəti” adlı Kitab bayramı keçirildi
Hacıqabul rayon İcra başçısı Əhməd Muxdarov başda olmaqla İcra Hakimiyyəti nümayəndələri, rayonun idarə və təşkilatlarının əməkdaşları əvvəlcə Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular.Sonra onlar “Kitab bayramı”nda iştirak etdilər. Kitab bayramında Ulu öndər Heydər Əliyevə həsr olunmuş kitablar, Heydər Əliyev Mərkəzinin kurs üzvlərinin vətənpərvərliklə bağlı rəsm sərgisi və kitab sərgisi, “2016-cı il Multikulturalizm ilidir”, “9 may Qələbə günüdür”, Hacıqabul şəhidləri” və digər adlı sərgilər nümayiş etdirildi. Vətənpərvərlik mövzusuna həsr olunmuş “Ana yurdum cəlalımdır, canımdır” adlı şeir müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Sonra məktəblilər tərəfindən Ulu öndərə həsr olunmuş şeirlər səsləndirildi. Tədbirin rəsmi hissəsi Hacıqabul rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi.Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarov giriş nitqi ilə açdı.Sonra YAP rayon təşkilatının sədri Hafiz Bəşirov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, rayon Ziyalılar Cəmiyyətinin sədri Şükür Məmmədov, rayon İdman və Gənclər idarəsinin rəisi Saleh Ələsgərov, Qarasu kənd tam orta məktəbin müəllimi Gülər Cavadova geniş məruzə ilə çıxış etdilər.Tədbiri rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov yekunlaşdırdı.
Parkda təşkil olunan “Kitab bayramı” isə günün sonuna qədər davam edəcək.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər