Cəlilabad rayonunda Kitab bayramı qeyd olundu-FOTO
6-05-2016, 19:20
Oxunub: 3 732
Ədəbiyyatı təbliğ etmək, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaq, gənc nəsildə kitaba məhəbbət aşılamaq məqsədi ilə rayonda ənənəvi olaraq bu səpkidə tədbirlər keçirilir
Cəlilabad Rayon rəhbərliyinin, ziyalıların, ictimaiyyət nümayəndələri məktəb şagirdləri və kitabsevərlərin iştirak etdiyi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmış, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamış, kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik etmişdir.
Kitabın insanların həyatındakı rolunu xüsusi qeyd edən digər tədbir iştirakçıları da hər bir elmin, incəsənətin, maarifin, mədəniyyətin, ictimai fikrin də əsasında kitab dayanır. Kitab bəşəriyyətin, insanlığın ən böyük kəşflərindən biridir və əgər kitab olmasaydı, elmlərin də inkişafı olmazdı. Hər zaman kitab bu və ya digər formada insanla birgə olub. Heydər Əliyev vaxtilə nəşriyyatlar haqqında fərman imzalayıb və bununla da bütün nəşriyyatlardan lisenziyalar götürülüb. Ondan sonra bütün nəşriyyatlar öz fəaliyyətlərini qurublar. Hazırda Prezident İlham Əliyevin sərəncamı ilə minlərlə kitab çap olunur və kitabxanalara paylanılır.Sonda tədbir gözəl konsert proqramı ilə başa çatmışdır.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər