Bakıda məktəblilər arasında qanlı dava düşdü – VİDEO
7-05-2016, 10:01
Oxunub: 4 771
14 yaşlı məktəbli əməliyyat olunub
Bakıda məktəblilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
Bolgexeber.com xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.
271 saylı orta məktəbin şagirdi, 2002-ci il təvəllüdlü İmanov Bayraməli Vidadi oğlu məktəb yoldaşı tərəfindən bıçaqlanıb.
Məktəbin həyətində bıçaqlanan 14 yaşlı şagird 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, bıçaqlanan və hadisəni törədən yeniyetmələr arasında mübahisə gündüz məktəbdə başlayıb.
Daha sonra məktəblilər sosial şəbəkədə mübahisəni davam etdiriblər və bir-birilərinə söyüş yazıblar. Axşam saatlarında isə R.C. adlı məktəbli Bayraməli İmanova zəng edib və onu məktəbin həyətinə çağırıb. Orda məktəblilər dalaşıblar və R. özü ilə gətirdiyi bıçaqla Bayraməlini vurub.
14 yaşlı məktəbli əməliyyat olunub, vəziyyəti orta ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər