BolgeXeber.Com » Xəbərlər » Şamaxıda Böyük Vətən müharibəsində Qələbənin 71 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir
Şamaxıda Böyük Vətən müharibəsində Qələbənin 71 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir
7-05-2016, 21:30
Oxunub: 3 286
06 may 2016-cı il tarixdə Şamaxıda Böyük Vətən müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 71 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində tədbir davam etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev veteranları salamlayaraq onları Böyük Qələbənin 71 illiyi münasibətilə təbrik etmiş, onlara cansağlığı arzulamışdır. İcra başçısı bu rəşadətli insanların sayəsində faşizm üzərində möhtəşəm qələbənin əldə edildiyini vurğulamış, onların müharibədən sonra ölkəmizin quruculuq işlərində fəal iştirak etdiklərini və hazırda gənclərimizin hərbi-vətənpərvərlik ruhunda böyümələrinə böyük töhfə verdiklərini bildirmişdir.
Asif Ağayev həmçinin diqqətə çatdırmışdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə yüksəlişə doğru dönüşün əsası qoyulduğu kimi, müharibə veteranlarına bəslənən ögey münasibət də birdəfəlik aradan qaldırılmış, veteranlar yenə də hörmət və ehtiram, qayğı ilə əhatə olunmuşlar. Natiq ölkə Prezidenti cənab İlham Əliyevin bu qrupdan olan insanlara davamlı qayğısından da ətraflı danışmışdır.
Görüşdə çıxış edən rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Ağarza Bayramov və Böyük Vətən müharibəsinin iştirakçıları dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduqlarından böyük razılıqla danışmış, bu diqqət və qayğıya görə Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına təşəkkürlərini və rayon rəhbərliyinə də öz razılıqlarını ifadə etmişlər.
Rəsmi hissəsindən sonra tədbir veteranlar üçün təşkil olunmuş bayram süfrəsi arxasında davam etmişdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər