BolgeXeber.Com » Xəbərlər » Şuşasız Şuşa haqqında

Şuşasız Şuşa haqqında

8-05-2016, 16:38
Oxunub: 5 157 Şuşasız Şuşa haqqındaŞuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur

Qarabağ təbiətin bütün gözəlliкlərini özündə əкs еtdirən gözəl bir diyardır və ən səfalı guşəsi Şuşa şəhəridir. Hər daşı, hər qarış tоrpağı хalqımızın həyatında baş vеrmiş bir çох tariхi hadisələrin şahidi оlan bu şəhər görənləri valеh еdirdi. Şuşa təкcə cənnət məкanı dеyil, həm də hərbi stratеji əhəmiyyət кəsb еdən bir alınmazlıq, basılmazlıq qalası оlmuşdur. Şuşa dağdan açılan pəncərə, aydınlıq, işıqlıq paylayan ucalıqdı. Düşmənlərə, yadеllilərə göz dağıydı. Ustad Xan Şuşinskinin yazdığı və oxuduğu

Şuşanın dağları başı dumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı…

Mahnı sözləri Şuşanın gözəlliyini əks etdirir. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir.

Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişafı etmişdir. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu “Şuşa”(şüşə – glass) adlandırmışlar.

Şuşa sözü Azərbaycanda sak türklərinə məxsus ən təmiz anlamda olan etnotoponimdir. Şuşa sözünün tərkibində iki komponent vardır: “Şu” və “sa”. Sözdə birinci “ş” səsi sonrakı “s” səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və “Şuşa” deyimi alınmışdır. Şuşa yaşayış məskəni və Şuşa qalası “şu” sak təyini ilə yaradılmışdır. Tarixdə Şu qalası, Şu adlı sərkərdə olması (M. Kaşğaridə) məlumdur. Makedoniyalı İskəndərlə vuruşan igid sərkərdə Şunun özü, etnik-mifik təyin olduğu üçün bu adın kökləri sak tayfa mənsubiyyəti iləəlaqədardır.
Azərbaycan yazıçısı Y. B. Çəmənzəminli Qarabağ xanı Pənah xanın soy mənsubiyyəti haqqında bu fikirdədir ki, bu xanlıq Çingiz xan nəsli ilə bağlıdır. Y. B. Çəmənzəminli xalq rəvayət və deyimlərinə əsaslanarkən bizim fikrimizlə paralellik təşkil edən məxrəcə gəlir. Yəni sak türkləri bir tərəfdən Cağatay etnik paralelliyində çıxış edir. Bu məsələ həm də Qarabağ ərazisində sak türklərinin çoxluq təşkil edən toponimlər silsiləsinin mövcudluğunu göstərməkdədir.

Azərbaycan xalqının etnogenezində sak türklərinin iştirakını ən qədim dövlət ənənəsi dövründən qəbul edən tarixi nişanələri biz göstərdik. Belə məlum oldu ki, şumer-sak eyniliyi bu etnosların Mesopotomiya ərazisindən Uzaq Şərqə, Qara dənizdən Hindistana qədər yaşadığı ərazilər olmuşdur. Ərəbşünas alim Niyaz Yaqublu yazır: “Sözün kök etibarilə əsl ərəb sözü olduğunu söyləmək bir qədər çətinlik törədir. Çünki sözün ərəb dili üçün xas olan üç samitli kökdən törəyib-törəmədiyi aydın deyil, fel əsası ikinci babdan (ərəb dilində şərti fel qəlibi) başlayır. Ərəb dilində birinci babı olmayan fellər və onlardan törəyən sözlərin çox vaxt alınma söz olduğu barədə fikirlər mövcuddur. Bu baxımdan ərəb kontekstində Şuşa sözünün (bu söz ərəb dilində “Şuşə” kimi səslənir və “u” səsi uzun sait kimi tələffüz olunur) izahı mürəkkəbdir. “Şuşa” sözünün ərəb dilində cəsarətlilər, cəsurlar, qoçaqlar anlamına yaxın mənası var, eyni zamanda bu sözü “kəkil”, “kəvər”, “qarışıq göyərti” kimi də izah etmək olar. İkinci anlam “təşviş” sözündə əksini tapıb. Ərəb dilində “ç” səsi olmadığı üçün “Şuşa” sözünün cəsur, qoçaq anlamının türkcə “çavuş” sözünün şəkildəyişməsindən yarana bildiyini, daha doğrusu, bu sözün ərəb variantında cəminin ifadəsi olduğunu söyləmək də mümkündür. Bizim Şuşamızla səsləşən bu yer adlarını türk etimologiyası çərçivəsində də izah etmək olar. Çünki bu ada eyni zamanda Sibirdəki türklərin yer adlarında rast gəlinir. Sibirdə Şuşa adlı çay və onun kənarında eyni adlı yaşayış məskəni var. 1744-cü ildə həmin əraziyə rus kazakları yerləşməyə başlayıb və Şuşenskoye adı da bunun əsasında formalaşıb”.

Şuşa tarixi haqqında Şuşasız…Yazı

Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən “Şişə” (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Türklərin məskunlaşdığı ən müxtəlif yerlərdə Şuşa, Şoşu, Şuşi formalarında yaşayış məntəqələri, yer adları olmuşdur. Bir çox tədqiqatçılar Şuşa sözünü türk dilində mənası “uc”, “yüksək” olan “şiş” komponenti ilə izah edirlər.
Azərbaycan türklərinin təşəkkülündə mühüm rol oynamış türk tayfalarından biri də dondarlardır. Şimali Qafqaz çöllərində dondarları qədim müəlliflər hələ e.ə. V əsrdə qeyd etmişlər. OnlarınAzərbaycanda (Qafqaz Albaniyasında) məskunlaşma tarixi məlum deyil. Azərbaycanda bir neçə Dondarlı kəndi və Dondardağ dağı var. Q.Qeybullayev qeyd edir ki, Şuşa toponimi də dondarların dilinə mənsubdur. II əsr müəllifi Tatsit Şimali Qafqazda dondarların Şoşu şəhərinin adını çəkir. Latın dilində “Ş” səsi olmdığına görə, müəllif onu Sosu (əslində Susu) kimi yazmışdır. XIX əsrin əvvəllərində Qarabağda üç Şuşa (həmçinin Şimali Qafqazda bir neçə) toponimi məlumdur.
Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şu-nun (e.ə.344 -334) İskəndərlə vuruşan səxsin tikdirdiyi “Su” qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur.
Azərbaycanda yaşayan tayfalar – kutilər, lullular, sular, turukkilər, kassilər, hurrilər və b. barədə ilkin yazılı daş sənədlər bu dövrə aiddir. Şumer-Akkad mənbələri Azərbaycan ərazisindəki əsas tayfalar haqqında xeyli mə’lumat saxlamışdır. Lakin bu tayfaların dili haqqında mə’lumat yox dərəcəsindədir, ona görə də Cənubi Azərbaycanın və ona qonşu vilayətlərin o dövrkü əhalisinin etnik tərkibi və dil mənsubiyyəti barədə ziddiyyətli fikirlər vardır. Müxtəlif mənbələrdə kuti, lullubi və kassi (kaşşu, kassit) dillərindən dövrümüzə bir qrup ad və söz gəlib çatmışdır. Azərbaycan ərazisində adları qeyd olunan etnoslar o dövrün siyasi həyatında fəal rol oynamışlar. Ölkəmizin cənub ərazilərindəki qədim aborigenlərin və gəlmə əhalinin etnik mənsubiyyəti barədə, başlıca olaraq, yazı vasitəsilə mə’lumat ala bilirik. Yazının isə tarixi azdır. Tarixin yaddaşından əldə edilmiş mə’lumata əsasən bilirik ki, yazıdan ilk dəfə e.ə. IV-III minilliklərdə şumerlər istifadə etmiş, sonralar yazını şumerlərdən akkadlar, elamlar, hurrilər, urartlar, qədim farslar mənimsəmişlər.

E.ə. III-I minilliklər arasında Urmiya gölünün cənubunda və Zaqroş dağlarında yaşayan türkdilli əhali içərisində Su tayfası xüsusi fərqlənmişdir. Tayfanın adının ilkin forması sub/suv şəklində olmuşdur. Söz aydın şəkildə türk dillərindəki «su» sözüdür. Qədim türk xaqanlığının əsasını qoymuş Aşina tayfasının iki mühüm əcdad əfsanəsindən biri So adlanır. Əfsanədə deyilir ki, So nəslinin bütün nümayəndələri «öz səfehlikləri ucbatından» məhv olmuş, yalnız dişi canavarın dörd nəvəsi öz canını qurtara bilmişdir. Oğlanlardan üçüncü və dördüncüsü Cənubi Altayda məskən salmış, artıb-çoxalmışlar. N.A.Aristov So nəslini Cənubi Altaydakı So tayfası ilə, kumanlarla, qırğızlarla əlaqələndirmişdir. Əfsanədən aydın olur ki, öz keçmişini unudaraq uzaq Ön Asiyadan gəlib bu yerlərə çıxmış So tayfası hətta öz nəslinin nədən məhv olduğunu da xatırlaya bilmir. Y.Yusifov yazır: «Qədim qaynaqlarda sular ilə əlaqədar (su tayfası ilə ) bir sıra ifadələr işlədilmişdir. Məsələn, »Su ölkəsinə mənsub lullu», «Şubar (Subar) ölkəsinə mənsub lulu». Deməli, lullular və sular qarışıq yaşayırmışlar. Bə’zi hallarda Aratta ölkəsinin adı «Su ölkəsi» mixi işarələri ilə göstərilmişdir. Deməli, Aratta, Lullubum və Su ölkəsi Urmiya gölü hövzəsindəki geniş bir ərazinin müxtəlif adları olmuşlar. Sular da turukki və lullu tayfa birləşmələrinə daxil idilər».
Bəzi tarixi sənədlərdə yazılır ki, Su tayfaları Miladdan əvvəl XXI-yüzilin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaçş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları m.ö 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sulalənin süqutunda da iştirak etmişdilər.

Hətta Assuriya charı II Sarqonun da yazılarında onlar barədə müəyyən məlumatlar verilir və bildirilir ki, “… Urartu insanlari Subi ölkəsinin əhalisini Mannalı adlandırırlar”. Bu isə öz növbəsində eradan əvvəl VIII əsrdə yaranmış Azərbaycan-Manna dövlətinin bu və ya digər mənada Su tayfaları ilə muəyyən etnik bağlılıqları olduğunu göstərməkdədir.
Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Qarabağ tarixçilərinin verdikləri məlumata görə, 1750-ci ildəki Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Pənah Əli xan Şuşanı özünə paytaxt edib, oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

1751-ci ildən sonrakı siyasi hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. ”Qarabağnamə” müəllifləri göstərirlər ki, XVIII əsrin 50-ci illərində Pənah Əli xan Şuşa qalasının möhkəmləndirilməsi ilə məşğul olarkən 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etmiş və şəhəri bir aya qədər mühasirədə saxlamışdır. Lakin qalanın möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra isə, 1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi. Bu fakt onu göstərir ki, Şuşanın alınmaz qalaları və bürcləri cəmi bir neçə ay və il ərzində tikilib başa çata bilməzdi.

Bundan əlavə, Azərbaycanın görkəmli maarifçiləri A.A. Bakıxanov və F.B. Köçərli öz əsərlərində Şuşa şəhərinin Pənah xan tərəfindən “təmir və binasının vaqe olmasından” söhbət açmışlar. Deməli, Şuşa XVIII əsrdə, həm də boş yerdə yox, daha qədim tikililərin özülü üstündə yenidən bərpa edilmişdir. Şuşanın bir çox köhnə bina və küçələri Pənahəli xanın dövründə təmir olunmuşdur.
Bununla yanaşı, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R. Burter isə yazır ki, “Şuşidə Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir.

Qədim Şuşa haqqında Azərbaycan SSR Elmlər Akademiyasının 1981-ci ildə nəşr olunmuş “məruzələri”nin 7-ci sayında dərc olunmuş Ə.B.Şükürzadənin “Qarabağ xanlığının şəcərə cədvəli” məqaləsində deyilir: “Pənah xan monqollar tərəfindən dağıdılmış qədim Şuşanın yerində 1751-ci ildə yeni şəhər saldı”. Deməli, Şuşa hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən olmuşdur.
Tədqiqatçı Elçin Əhmədovun araşdırmalarında qeyd edilir ki, Şuşa XVIII əsrin ikinci yarısında Azərbaycanın qədim şəhərləri sırasında yenidən öz yerini tutmuş, eləcə də Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən bu şəhər yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə sataraq regionda kifayət qədər tanınmış və bununla da böyük şöhrət qazanmışdı. Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu.

1903-cu ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsində göstərildi ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”. Bundan əlavə, “Qafqaz” qəzetinin icmalçısı 24 may 1868-ci il tarixli şərhində göstərirdi: “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar”. Bu illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan Tiflisdə əhalinin sayı 60776-a, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə 14897-ə çatırdı.
1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov, “Kavkazski sbornik” kitabının II cild, 457-ci səhifəsində yazırdı: “Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür”.
1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı.
Şuşa tarixi haqqında Şuşasız…Yazı
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.

Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü il iyulun 7-də həyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xankəndi seçildi. Görünür, ermənilər Azərbaycana qarşı hazırladıqları məkrli palanları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu addımı atmışdılar. Şuşa şəhəri isə AK(b)P MK Riyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi.

Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi Lakin Şuşada başlanmış bu dinc quruculuq işləri uzun çəkmədi. 8 may 1992-ci ildə şəhər erməni vandallarıtərəfindən işğal edilərkən amansız şəkildə dağıdıldı. Şuşa Azərbaycanın bəlкə də yеganə bölgəsidir кi, bu qədər tariхi şəхsiyyətlər, incəsənət хadimləri yеtişdirib, Azərbaycanın başını uca еdib. Azərbaycan mədəniyyətinə dühalar, tariхi şəхsiyyətlər, incəsənət хadimləri bəхş еtmiş bu şəhər, nə qədər istəsələr də hеç vaхt, hеç bir vəchlə başqa bir millətin оla bilməz. Bu şəhəri özünün adına çıхmağa çalışan hər hansıbir millətin arzusu ürəyində qalacaqdır. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal еtsələr də, кənd-кəsəкlərinə yalançı adlar qоysalar da, оnu hеç vaхt özününкüləşdirə bilməyəcəкdir.

Hazırda erməni işğalı altında olan Şuşa azad ediləcəyi günü böyük səbirsizliklə gözləyir.
Zaur Əliyev
AMEA-nın əməkdaşı
Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri
Siyasi fəlsəfə doktoru
Bolgexeber.com