BolgeXeber.Com » Xəbərlər » Tərtərdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib
Tərtərdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib
9-05-2016, 11:13
Oxunub: 4 391
Heydər Əliyev Mərkəzində Tərtər rayon icra hakimiyyəti və YAP rayon təşkilatı ilə birgə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirmişdir
Tədbiri giriş sözü ilə Tərtər rayon icra hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə açmış, sonra tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra T. Məmmədzadə “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda çıxış etmişdir.
Rayon Gənclər və İdman idarəsinin rəisi-əvəzi Səadət Hüseynova “Heydər Əliyev və Azərbaycan gəncliyi”, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov “Ulu Öndərin həyat və fəaliyyəti gənc nəsillərə örnəkdir”, Rayon təhsil şöbəsinin ekoloji tərbiyə təcrübəçilik mərkəzinin əməkdaşı Nigar Məstəlizadə “Heydər Əliyev və Azərbaycan təhsili”, rayon mədəniyyət və turizm şöbəsinin kütləvi işçisi Ülviyyə Süleymanova “Azərbaycanın mədəniyyət sahəsində Heydər Əliyevin rolu” mövzusunda çıxış etmişlər.
Tədbiri rayon icra hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə yekunlaşdırdı.
Sonda “dəyirmi masa” iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video çarxa baxdılar.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər