BolgeXeber.Com » Xəbərlər » "Eurovision 2016"nin rəsmi açılışı oldu - VİDEO

"Eurovision 2016"nin rəsmi açılışı oldu - VİDEO

9-05-2016, 14:15
Oxunub: 2 263 "Eurovision 2016"nin rəsmi açılışı oldu - VİDEOİsveçin paytaxtı Stokholmda “Eurovision 2016” müsabiqəsinin təmtəraqlı açılış mərasimi baş tutub

Gecədə 61 ölkənin təmsilçisi qırmızı xalçadan keçib.

Mərasimi ötən il İsveçi təmsil edən və birinci olan Mans Zelmerlou və müsabiqənin aparıcısı Petra Mede açıb.

Saat 19:00-dan başlayan mərasimdə təmsilçimiz Səmra Rəhimli 23-cü olaraq qırmızı xalçadan keçib. Yaşıl sinə dekolteli libası ilə diqqət çəkən müğənni media nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, “Eurovision 2016” mayın 10-dan 14-nə kimi baş tutacaq. S.Rəhimli yarışmada “Miracle” mahnısını səsləndirəcək.(axsam.az)