LƏNKƏRANDA 9 MAY – QƏLƏBƏ GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ
9-05-2016, 17:44
Oxunub: 4 046
Alman faşizmi üzərində tarixi qələbənin 71-ci ildönümü münasibətilə Lənkəran şəhərində təntənəli mərasim keçirildi
Bolgexeber.com xəbər verir ki,alman faşizmi üzərində tarixi qələbənin 71-ci ildönümü münasibətilə Lənkəran şəhərində təntənəli mərasim keçirildi.
Səhər saatlarında Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, müharibə veteranları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoydular.
Sonra mərasim iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə parkında davam etdirildi.
İcra baçısı Taleh Qaraşov müharibə veteranları ilə səmimi görüşdü, hal-əhval tutdu, onları bayram münasibətilə təbrik etdi və qəhrəmanın abidəsi önünə tər qərənfil dəstələri qoydu.
Daha sonra şəhərimizdəki “Veteranlar klubu”nda bayram dədbiri davam etdirildi.
Böyük Vətən Müharibəsi veteranlarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Böyük Vətən Müharibəsində qələbənin 71-ci ildönümü münasibətilə bir daha veteranları təbrik etdi, onlara ən səmimi arzularını çatdırdı, dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğıdan danışdı.
T.Qaraşov daha sonra mənfur erməni təxribatçıları tərəfindən 20 faiz torpaqlarımızın işğal edilməsindən, bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsindən, aprelin əvvəllərində rəşadətli Milli Ordumuzun erməni silahlı birləşmələrinə endirdiyi sarsıdıcı zərbədən, bir neçə strateji əhəmiyyətli yüksəkliklərin və yaşayış məntəqələrinin düşmən tapdağından təmizlənməsindən danışdı, tezliklə torpaqlarımızın geri qayıdacağına əminliyini ifadə etdi.
Sonra ayrı-ayrı çıxış edən veteranlar ürək sözlərini söylədilər, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildirdilər.
Məktəblilərin ifasında qəhrəmanlıq, Vətən mövzularında şeirlər səsləndi.
Mərasim bayram süfrəsi arxasında davam etdirildi.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər