BolgeXeber.Com » Xəbərlər » Deputatlarımız futbolda İkinci yeri tutdular

Deputatlarımız futbolda İkinci yeri tutdular

10-05-2016, 14:23
Oxunub: 2 094 Deputatlarımız futbolda İkinci yeri tutdular"Mayın 6-9-da Türkiyənin Antalya şəhərində 4 ölkənin - Azərbaycan, Polşa, Ukrayna və Türkiyə parlamentariləri arasında keçirilən futbol matçı çox yaxşı təəsüratlarla yaddaşlarda qaldı”.

Bu sözləri Azərbaycan yığmasının üzvü, deputat Mahir Abbaszadə deyib.

O qeyd edib ki, komanda hesabı ilə deputatlarımızdan ibarət yığma ikinci olub.

“Biz Polşa ilə oyunda 2:1 hesabı ilə udaraq finala çıxdıq. Finalda isə 1:2 hesabı ilə Türkiyəyə uduzduq və ikinci olduq. Uduzmağımızın səsəblərindən biri heç nədən bizə cərimə təyin edilməsi oldu. Buna baxmayaraq qardaşlıq qalib gəldi. 1-ci yerdə Türkiyə, ikinci yerdə biz, 3-cü yerdə Polşa, 4-cü yerdə Ukrayna oldu”.

Deputatın fikrincə, komandanın oyunu çox yüksək səviyyədə idi.

“Məşq etməyə vaxtımız az idi. Görüş üçün bizə ən axırda müraciət edildi, oyunun keçiriləcəyi tarixə təxminən bir həftə, 10 gün qalmış bizə deyildi və məşqlərə başladıq. Lakin komanda böyük əzmkarlıq göstərdi və texnikadan çox zəhmətimiz hesabına biz qalib gəldik. Oyunçular məsuliyyətlə, əzmkarlıqla oyun nümayiş etdirdilər”.

M.Abbaszadə onların oyununun ciddi futbol matçından fərqləndiyini vurğulayıb.

“O qədər də ciddi oyun olmadı, amma oyundan kənarlaşdırılan da olmadı. Başqa futbol oyunlarından fərqləndirən cəhət vaxtla bağlı idi. Əvvəldə razılaşmışdıq ki, hər bir hissə 45, yox 35 dəqiqə olsun. Bir oyunçunu bir neçə dəfə dəyişmək mümkün olsun. Çünki burada parlamentarilərin yaş məsələsi nəzərə alınmalı idi və tez-tez oyunçunun dəyişdirilməsinə razılıq verilməli idi”.

Azərbaycan deputatlarından ibarət komandanın kapitanı Mili Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov olub. Komandada deputatlardan Azər Badamov, Fazil Mustafa, Zahid Oruc, Kamran Bayramov, Tahir Mirkişili, Mahir Abbaszadə, Kamran Nəbizadə, Elşad Həsənov və Milli Məclis aparatından 11 nəfərlik heyət komandada təmsil olunub.(modern.az)Deputatlarımız futbolda İkinci yeri tutdular