Füzulidə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olundu - FOTOLAR
10-05-2016, 14:33
Oxunub: 2 482
Horadiz şəhərində Heydər Parkında Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə tədbir keçirilmişdir
Rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin, ümumilikdə 3000 nəfərin iştirak etdiyi təbirdə öncə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və iştirakçılar Ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildirmişlər.
Sonra tədbir iştirakçıları Heydər Parkında təşkil olunmuş gül kompozisiyaları, Ulu öndərə həsr olunan kitab sərgisi və əl işləri ilə tanış olmuşlar.
Bolgexeber.com xəbər verir ki, tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Alı Alıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin doğum gününün Füzulidə keçirilməsi artıq bir ənənəyə çevrilib. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən bu gün hər bir füzulilinin qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.
Alı Alıyev demişdir: “Ulu öndər Heydər Əliyevin yubileyi ərəfəsində füzulili məcburi köçkünlər də ölkə başçısı cənab İlham Əliyevi əmin etmək istəyir ki, müstəqil Azərbaycanın əbədi və dönməzliyi yolunda Ulu öndərin vəsiyyətlərinin yerinə yetirilməsinə bütün xalqımız kimi füzulilər də yorulmadan, var qüvvələri ilə çalışacaq, Heydər Əliyevin ölməz əməllərini nəsildən-nəsilə keçirəcəklər.”
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ili ərəfəsində Füzuli rayonu ərazisində iməciliklər keçirilmiş, çoxlu sayda ağac əkilmiş, küçə və meydanlarda, parklarda abadlıq, səliqə-sahman işləri görülüb.
Tədbir Heydər parkında gəzinti ilə davam etdirilib.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi rayonun bütün idarə və müəssisələrində silsilə tədbirlərlə qeyd olunub.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər