Komitə sədri məcburi köçkünlərlə niyə görüşməkdən qaçır? - İDDİA
10-05-2016, 17:31
Oxunub: 3 184
Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov ya yaşlanmasından dolayı, ya da işini bacarmaması səbəbindən vəzifəsininin öhdəsindən gələ bilmir
Politika.Az xəbər verir ki, faktiki olaraq məcburi köçkünlər ümidlərini komitəyə deyil, başqa qurumlara bağlayıblar. Çünki Əli Həsənovdan onlara haray olacağını gözləmirlər. Qeyd edək ki, aprelin əvvəlində Qarabağ cəbhəsində yaşanan gərginlikdən dolayı əksər nazirlər və komitə sədrləri cəbhə xəttinə yaxın rayonlara baş çəkərək, əhali ilə görüşüb, onlara dəstək verməyə çalışıblar. Bu sırada bir çox nazirlərin və dövlət qurumlarının rəhbərlərinin adını çəkmək olar. Lakin maraqlıdır ki, qaçqınların problemləriylə məşğul olan Qaçqınkomun sədri Əli Həsənov bu günlər ərzində özünə əziyyət verərək, cəbhə bölgəsinə gəlmədi. Gəlməməyi bir tərəfə, onlara mənəvi cəhətdən heç bir dəstək də verməyib. Bunun konkret olaraq bağlı olduğunu demək olduqca çətindir. Ona görə ki, Əli Həsənovun bu addımının arxasında hansı maraqların dayandığını proqnozlaşdırmaq və ya təxmin etmək kifayət qədər mümkünsüz görünəndir. O səbəbdən də komitə sədrinin konkret olaraq hansı məqsədinə nail olmaq istədiyini yalnız ehtmallar əsasında müəyyənləşdirmək mümkündür. Məcburi köçkünlər və qaçqınlar artıq Əli Həsənova etimadlarını itirdiklərini deyirlər. Onlar bildirirlər ki, müharibənin ən qızğın vaxtlarında Həsənovun zəhmət çəkərək, qaçqınların qarşısına çıxmaması da bir ayrıca eyib olaraq qəbul ediləndir. Bu səbəbdəndir ki, insanlar artıq qurumla bağlı şikayətlərini birbaşa dövlət rəhbərliyinə göndərəmyə başlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər