BolgeXeber.Com » Xəbərlər » DYP-nin 17-ci otağından şikayət və cavab

DYP-nin 17-ci otağından şikayət və cavab

11-05-2016, 11:07
Oxunub: 3 305 DYP-nin 17-ci otağından şikayət və cavabDövlət Yol Polisi İdarəsində "ölüm otağı"nın rəhbəri danışdı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində "ölüm otağı" olması barədə xəbər vermişdik. Razi Muradov Bakı şəhər Dövlət Yol Polisи İdarəsi ilə bağlı şikayət məktubu ünvanlayaraq bildirib ki, aprelin 10-da Azadlıq prospektində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onu saxlayaraq ödənilməmiş cəriməsi olduğu üçün avtomobilini cərimə meydançasına aparıblar. Dərhal bütün cərimələrini ödəyən sürücü maşını cərimə meydançasından götürmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə yollanıb. Lakin idarədən ona deyilib ki, “get 17-ci otağa, orada sənə deyəcəklər avtomobilini götürmək üçün nə etməlisən». Razini 17-ci otaqda baş leytenant Mehman Həmzəyev qarşılayıb və deyib ki, “biz nə bilək, sən cəriməni ödəmisən. Bəlkə elə sən orada bizim əməkdaşa əl qaldırmısan, yaxud, onu ağır sözlərlə təhqir etmisən. Buna görə də sənin avtomobilini iki günə geri qaytaracağıq».
Razi nə qədər and-aman etsə ki, “mən heç kimə əl qaldırmamışam”, ona məhəl qoyulmayıb. O hətta ödədiyi məbləğin qəbzini və protokolu Mehman Həmzəyevə təqdim edib.
İdarənin inzibati xətalar üzrə şöbəsinin inspektoru Mehman Həmzəyev Bolgexeber.com-la əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. Bildirib ki, şikayətçi R.Muradovun problemi elə həmin gün həll edilib: «Sadəcə sistemdə problem olduğundan onun cəriməni ödəməsini müəyyən etmək mümkün olmamışdı. Sonradan sistemdə onun cəriməni ödəməsi məlum oldu və avtomobilinin cərimə meydançasından çıxarılması üçün müvafiq arayış verildi».