BolgeXeber.Com » Xəbərlər » «Bakcell»dən vətəndaşlara hörmətsizlik – ŞİKAYƏT

«Bakcell»dən vətəndaşlara hörmətsizlik – ŞİKAYƏT

11-05-2016, 13:54
Oxunub: 5 086 «Bakcell»dən vətəndaşlara hörmətsizlik – ŞİKAYƏTMobil operator müştərilərini necə soyur?

Bu gün hər kəs mobil telefondan istifadə edir və müxtəlif mobil operatorların müştərisi olaraq onun bütün xidmətlərindən yararlanır. Hazırda isə ölkədə sayca 3 mobil operator öz fəaliyyətini göstərir. Onların hər birinin kifayət qədər abonentləri var. Abonentlərin sayına görə isə üstünlüyü ən çox '' Bakcell '' şirkəti təşkil edir. Keçən hər gündə bu şirkətin abonentlərinin sayı artdıqca, müştərilərin bir o qədər də problemlərinin sayı artır. Gundelik-baku.com-un əməkdaşları bu məsələ ilə bağlı araşdırmaq aparıb və şikayətlərin nə dərəcədə doğru olduğuna əmin olub. «Bakcell '' şirkətinin müştərilərinə qarşı göstərdiyi fırıldağı sizlərin nəzərinə çatdırırıq. Bununla bağlı
'' Bakcell '' şirkətinin müştərisi olan Aysel Şiralızadə danışıb. Aysel xanımın şikayəti ''Bakcell '' şirkətinin ona təqdim etdiyi cin kredit və operatorlarının müştəri ilə ünsiyyətindəndir. Xanım deyir ki, balansında kontur olmadığından məcbur olub 2 dəfə cin kredit götürüb. Daha sonar isə balansına 3 manatlıq kontur yükləyib və ona '' Bakcell»dən ''sms gəlib ki, sizin kredit borcunuz ödənilmişdir və balansınız 0.0 azn təşkil edir. Sms-i oxuduqda, xanım gözlərinə inana bilməyib və hər hansı bir səhvlik olduğunu düşünüb. Axı cin kredit 1 manat verilir və borc olaraq da 1.20 qəpik tutulur. Adı 1 manatdır, özü isə 98 qəpik. Bax burda deyərlər bizim o 2 qəpiyimiz hanı? ''Bakcell'' borcdan 1.20 çıxa bilir, ancaq krediti doğru verə bilmir? Xanım balansın boş olma səbəbini anlaya bimir və ''Bakcell'' şirkətinə öz dərdini dilə gətirmək üçün zəng edir. Bu danışıqdan sonar Aysel xanım abonenti olduğu şirkətin əsl fırıldaqla məşğul olduğunu açıq şəkildə görür. Gəlin xanımın operatorla danışığı ilə tanış olaq. Sözü gedən operatorun adı isə Leyla Babayevadır. Aysel xanım 555 müştəri xidmətinə zəng edir. Öncə avtomatik qoşulan xanım sonra isə uzun-uzadı mənasız melodiyadan və nəhayət operatora qoşulur. Operator L.Babayeva müştəriyə problemin nə olduğunu soruşur və Aysel xanım balansına 3 azn məbləğində kontur yüklədiyini amma hal-hazırda balansın 0 olduğunu vurğulayır. L.Babayeva ona kredit borcunun olduğunu və hələ də 5 azn kredit borcunun qaldığını söyləyir. Və ''uzun müddətdi ki, balansa siz kontur yükləmirsiz deyə '' cavab verir. Əhsən vallah, 2 azn kredit götür, yox daha düzgün deyək, 1.96 qəpik kredit götür və əvəzində 3 azn çıxılsın, hələ üstəlik 5 azn yenə də borcun qalsın. Aysel xanım operator L.Babayevaya '' axı axşam yüklədim 3 azn və ondan qabaqki, günlərdə də yükləmə olub, sadəcə dünən kredit götürülüb və necə yəni balansa kontur yüklənməyib''? Müştəridir haqqı var haqqını tələb etməyə. Ancaq görünür L.Babayeva adlı operator Aysel xanım kimi haqqını tələb edən müştəri ilə qarşılaşmayıb və onun verdiyi suallar qarşısında əsəbləşərək müştəriyə yüksək səslə '' xanım başa düşürsüz, sizin borcunuz var onu ödəməlisiz deyir '' və səs tonunu yüksəldir. Aysel xanım haqqlıykən haqqsız duruma salındığının fərqinə varır və operatora yenidən öz sualını verir. L.Babayeva isə yenə də səsini başına atır. Operatorun bu cürə danışığını görən Aysel xanım, ona bir sual yönəldir. '' Xanım siz nə haqla qışqırırsız ''? Operatorsuz mən isə müştəri sizin borcunuzdur cavab vermək bu nə tondur? işiniz sizi qane etmir? Etmirsə ərizə yazın işdən çıxın məcbur deyilik sizin səs tonunuzu, kobudluğunuzu çəkməyə. Mən sizin bu hərərkətinizi lazımı yerlərə bildirərəm deyir ki, '' xanımın sözünü ağzında qoyan L.Babayeva kimə istəyirsiz gedib şikayət edin» və dəstəyi asır. Hadisənin təsirindən çıxmayan Aysel xanım yenidən 555-ə zəng vurur. Bu dəfə dəstəyi tam başqa operator götürür. Aysel xanım operatorun normal danışdığını qeyd edir, amma, L.Babayevanın dediklərini bu dəfə operator təsdiq etmir. «Xanım siz kampaniya qoşulmusuz və kampaniya haqqı olaraq balansdan çıxılıb ''. Əcəb işdir indi kimə inanasan? Operator xanıma sms göndərərcəyini və '' stop '' yazıb kampaniyanı deaktiv etməsini söyləyir və '' başqa sualınız var '' deyə səslənir. Artıq nə sual versin hər şey aydındır. Kontur balansdan çıxılır və min cür yalanlar. Aysel xanım bizə mən heç bu kampaniyanı demirəm, cin krediti demirəm bəs bu opertorlara nə olub? Nəyə əsasən müştəri haqqlı olduğu halda bu cür münasibət görür? Harda görülüb müştəriyə səs tonu qalxa, əsəbi halda danışıla? Aysel xanım bundan sonar kampaniyadan da çıxır və çıxdığı zaman ona belə bir sms gəlir. Sizin xidmətdən istifadəniz dayandırıldı və əgər borcunuz varsa balansdan çıxılacaq. Bu da belə, fırıldaq üstə fırıldaq. Bu tək Aysel xanımın başına gəlmir, kimi dindirsən eyni hadisəni danışır. Cin kredit verən ''Bakcell'' müştərilərini həddsiz dərəcədə cinləndirir. Əla cin tarifindən bütün ''Bakcell'' müştərilərinin məlumatı var və bəziləri də onun istifadəçisidir. Məsələ nə cürdür sizə xatırlatmaq istərdik. 7 qəpik pul xərcləməklə, siz şəbəkə daxili istədiyiniz şəxslə 1 saat danışa bilərsiniz. Lakin məsələ belə deyil. Bu da '' Bakcellin '' növbəti fırıldağıdır. Yəni tarifdə göstərildiyi kimi abonent heç də saatı 7 qəpiyə danışa bilmir. Mobil operator bu fırıldağını açıq şəkildə etmir. Telefonla danışılan zaman hər 5-10 və 20 dəqiqədən bir əlaqə kəsilir. Hər əlaqə kəsiləndə abunəçinin hesabından 7 qəpik çıxılır. Və şikayət üçün zəng etdikdə balansdan yenə qəpik çıxılır və sırf danışıq uzansın deyə müştəri uzun müddətli gözlədilir. Cavab verildikdə isə öz yalanaları ilə abunəçini yola verirlər və beləliklə '' Bakcell'' '' cinliyi '' sayəsində qazancına qazanc qatır. Bir neçə müddətdir ki, '' Bakcell '' şirkəti öz abonentlərinin nömrəsinə reklam xarakterli sms-lər göndərirlər. Və daha sonradan bəlli olur ki, bu sms-lərin hamısı fırıldaq xarakterli sms-lərdir. '' Bakcell '' şirkəti beleliklə öz müştərilərinin huquqlarını çox ciddi çəkildə pozur. Bununla bağlı dəfələrlə mediada şikayətlər səslənib, qələmə alinib, amma nə faydaki, şirkət yenə də öz fırıldaqlığına davam edir. Bu reklam tipli sms-lərdən sadəcə biri ilə sizi tanış etmək istərdik. 05569831XX nömrəli abunəçi *401#YES yığaraq PULSUZ qoshuldu və 20000 MANAT qazandı. Bu AY 3000 manat sizin nömrənin-055455785X ola bilər! Sadəcə*401#YES yığın. Tanış gələr bu sms. Gün ərzində hər bir '' Bakcell '' abunəçisinə bu tip sms-lər gəlir. Nə deyəsən, sadəcə olaraq əhsən!!! Hansı mobil operator abonentini ''Bakcell'' qədər düşünür? Müştərisinə sadəcə bir sms müqabilində 3000 manat qazanmaq vədini verir. Hətta 20000 artıq bir abunəçisinə qazandırıb. '' müştərilərini nə yerinə qoyur maraqlıdır. Yəni insanlar bu qədər cahildir ? Bu sms-lər tək sizə gəlmir, əmin olun. '' Bakcell '' sadəcə sizi şirnikləşdirib kampaniya qoşmaq istəyir və bunun əsasında balansınızdan müəyyən dərəcədə kontur çıxılır. Necə? Qoşulduğunuz 5585-ə boş mesaj göndəririk. Qoşulduğumuz 5585 kampaniyasında interaktiv oyunlar qoşulur və hər dəqiqə hesabımızdan 1 qəpik tutulur. Tutulan bu qəiklərdən sizin xəbəriniz belə olmur. Və bu kampaniyalardan da öz istəyimizlə elə rahat imtina edə bilmirik. Niyəsi isə çox sadə. Çünki oyunu təşkil edən və quran şirkət mesajlardan imtina yollarını bağlayır. Və 555 müraciət belə etsəniz boş və əssız qalır. Olan abunəçiyə, onun balansına və ən əsası əsəblərinə olur. Bilinmir mobil operator şirkətidir, yoxsa fırıldaçılıqla məşğul olan hansısa qurum. 'Bakcell'' müştərilərinə demək istərdim ki, özünüzü və balansınızı qoruyun.
Qarşı tərəfi də dinləyə bilərik.