Tərtərin “Şahinlər” komandası respublika üçüncüsü oldu - FOTOLAR
11-05-2016, 16:07
Oxunub: 3 867
Mayın 11-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “ŞAHİN” hərbi idman oyunun respublika final yarışında III yeri tutmuş Seydimli kənd tam orta məktəbinin komandası ilə görüşmüşdür
Bolgexeber.com xəbər verir ki, görüşdə rayon rəhbəri Müstəqim Məmmədov çıxış edərək gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində, hərbi və fiziki hazırlığında, onlara Vətənə məhəbbət hisslərinin aşılanmasında “Şahin” hərbi-idman oyununun əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb edilməsi onların ordu sıralarında xidmətə hazırlanmasında böyük əhəmiyyətə malikdir.
Tədbirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyi vurğulanmış, dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik sahəsinin mühüm yer tutduğu diqqətə çatdırılmışdır.
Sonda rayon rəhbəri komanda üzvlərinə və müəllimlərinə qiymətli hədiyələr təqdim etmiş və xatirə şəkili çəkilmişdir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər