BolgeXeber.Com » Xəbərlər » Sürəti soldakı aşır, radara sağdakı düşür - FOTOLAR

Sürəti soldakı aşır, radara sağdakı düşür - FOTOLAR

13-05-2016, 13:29
Oxunub: 4 624 Sürəti soldakı aşır, radara sağdakı düşür - FOTOLARSürücü Rasim Aşurovun DYP-yə etdiyi müraciətlərə formal cavablar verilir

Bakı şəhər sakini, sürücü Rasim Aşurov Avtosfer.az-a müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinə etdiyi müraciətin nəticəsiz qalmasından narazılıq edib. Onun sözlərinə görə, yolda yan-yana getdiyi avtomobil sürət həddini aşdığı halda DYP-nin radarı onu çəkib və 50 manat, 2 bal cərimə yazılıb. Sürücü bununla bağlı DYP-yə müraciət edərək qayda pozmadığını, sürət həddini aşan avtomobilin başqası olduğunu bildirib. Lakin aldığı cavablar onu qane etmədiyi üçün Avtosfer.az vasitəsilə məsələni ictimailəşdirmək qərarına gəlib. Rasim Aşurovun yazdıqlarını və göndərdiyi fotoları olduğu kimi təqdim edirik: "Aprelin 8-də elektron poçt ünvanıma Asanpay.az saytı vasitəsi ilə inzibati xəta haqqında bildiriş gəlib. Məktubdan Asanpay saytına daxil olmaqla cərimə ilə tanış oldum və şəkillərə nəzər saldım. Bildirişdə qeyd olunub ki, 06.04.2016 tarixində saat 18:52 radələrində Heydər Əliyev prospektində 90-DN-265 dövlət nişanlı avtomobil ilə hərəkət edərkən sürət həddini 24 km/saat aşmışam. Xətanın kamera ilə çəkilmiş görüntülərini sizə təqdim edirəm:
Sürəti soldakı aşır, radara sağdakı düşür - FOTOLAR
Sürəti soldakı aşır, radara sağdakı düşür - FOTOLAR
Sürəti soldakı aşır, radara sağdakı düşür - FOTOLAR

Yeri gəlmişkən, mən bildirişdə qeyd olunan anda sürət həddini aşmadığıma əmin olduğumdan məsələnin araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə bu məsələni araşdırmaq üçün üz tutdum. Orada Fuad adlı polkovnikin otağına yönəltdilər. Otağa daxil olan zaman həmin tarixdəki videogörüntüyə nəzər salmaq istədiyimi xahiş etdim. Həmin otaqda əyləşən şəxs `Hə nəyinə baxmaq istəyirsən? Nəyinə baxırsan?` sözlərini deməklə videogörüntünü təqdim etdi. Məlum oldu ki, həqiqətən də, mən orta zolaqla stabil və göstərilmiş sürətdən də hətta az sürətlə hərəkət edirəm, sağ zolaqla ağ rəngli "SUV" tipli avtomobil yüksək sürətlə məni ötüb keçib. İdarədə bu cərimənin mənə səhv yazııldığını bildirdilər və mənə bununla bağlı ərizə yazmağı məsləhət gördülər. Bu yanlış cərimənin ləğv edilməsi xahişi ilə Baş Dövlət Yol Polis İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adına ərizə yazdım. On gün keçəndən sonra evimə artıq həmin bu cərimənin rəsmi konvertdə kağız forması vasitəsi ilə gəlib və Asanpay saytında cəriməni internet vasitəsi ilə ödəmək üçün məbləğ aktivləşib.
Sürəti soldakı aşır, radara sağdakı düşür - FOTOLAR

Bir az da keçəndən sonra cavab məktubu gözləmədən, DYP-nin rəsmi veb səhifəsi vasitəsi ilə təkrar ərizə yazmaqla göndərdim. 04.05.2016 tarixində ərizədə qeyd etdiyim e-mail ünvanıma DYP-dən müraciətimin cavabı gəlib. Həmin cavabı təqdim edirəm:
Sürəti soldakı aşır, radara sağdakı düşür - FOTOLAR
Sürəti soldakı aşır, radara sağdakı düşür - FOTOLAR

Cavabda göründüyü kimi, onların sözlərinə əsasən, mənə guya evə artıq cavab məktub göndəriblər. Lakin yenə də qeyd edim ki, mənə cərimənin məktubundan başqa heçnə gəlməyib.
Bir gündən sonra (yəni 06.05.2016 tarixində) mənə yeni bir cavab gəldi. Cavab məktubuna nəzər salandan sonra aydın oldu ki, hər iki məktubun məzmunu tam olaraq eynidir və sadəcə tarixləri fərqlidir. Həmçinin, ikinci məktubda maraqlı bir yanlış tarix qeyd olunub.

Məktubda qeyd olunmuş tarixə əsasən, mənə guya Aprelin 2-sində cavab məkubu göndərilib. Maraqlısı odur ki, hadisə hələ Aprelin 6-sı baş verib, ilkin ərizəmi isə DYP-də 11.04.2016 tarixində yazmışdım, cavab məktubu necə ayın 2-si gələ bilər?
Onu da qeyd edim ki, AsanPay saytında cərimənin şəkilləri var, videogörüntü isə guya mövcud deyil.
Bolgexeber.com
Sürəti soldakı aşır, radara sağdakı düşür - FOTOLAR