Zərdab Poçt Şöbəsinin iki rəis müavini «dezertir» çıxdı-FOTOLAR
16-05-2016, 13:12
Oxunub: 4 285
İstismar işləri üzrə mühəndis Əsgər Bağırov və maliyyə işləri üzrə mühəndsi Fərid Rəhimov hərbi xidmətdən yayınıblar
Zərdab rayon Poçt Şöbəsinin rəis müavinləri, istismar işləri üzrə mühəndis Əsgər Bağırov və maliyyə işləri üzrə mühəndsi Fərid Rəhimov hərbi xidmətdən yayınıblar. Bu barədə JAM.AZ-a Mirfazil Əhmədov adlı şəxs məlumat verib.
O bildirib ki, hər iki şəxs hərbi mükəlləfiyyətlərini yerinə yetirməmək üçün yararsız kimi sənəd alıblar. Əhmədov sual edir ki, hər iki şəxs hərbi xidmətə yararsız olduqları halda, belə mühüm dövlət işlərini necə icra edirlər? «Elə bunun nəticəsidir ki, bu ilin aprelində onlar Zərdab Poçt Şöbəsindən 5001 manat mənimsəyiblər. Yoxlama da məsələni aşkarlayıb, amma həmin şəxslər hələ də vəzifələrində qalıblar.Hətta onların hərəkətləri üzündən poçtun rəisi öz vəzifəsindən çıxarılıb».
Qeyd edək ki, bəzi dövlət əhəmiyyətli qurumlarda işləyən kişilərin hərbi xidmətdə olması vacib sayılır. «Azərpoçt» MMC xüsusi dövlət qurumudur və burada sirrlərin qorunması prosesi də həyata keçirilir. Hətta MMC-nin tərkibində yarımhərbi birləşmələr də var ki, onlar ötürülən və alınan məlumatların, habelə qurumun bina və məlumatlarının təhlükəsizliyini təmin edirlər. Bu cür vacib bir qurumda hərbi xidmətdə olmayan şəxslərə mühüm postların verilməsi qətiyyən başadüşülən deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər