BolgeXeber.Com » Xəbərlər » Ağstafada sələmçi qadının külli miqdarda pulu oğurlandı-VİDEO

Ağstafada sələmçi qadının külli miqdarda pulu oğurlandı-VİDEO

17-05-2016, 11:46
Oxunub: 2 620 Ağstafada sələmçi qadının külli miqdarda pulu oğurlandı-VİDEOAğstafa rayonunda evdən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlanıb

"Report"un məlumatına görə, hadisə rayonun Poylu qəsəbəsində, 69 yaşlı Səmayə Baxşıyevanın evində baş verib.

Belə ki, iki nəfər maskalı şəxs qadının tək yaşadığından istifadə edərək evə daxil olublar. Ev sahibi S.Baxşıyevaya bıçaqla hədə-qorxu gələrək evdə olan pulların və qızıl əşyaların yerini soruşublar. Daha sonra onun baş nayihəsinə bir neçə zərbə endiriblər. Qadın öldürüləcəyindən qorxaraq özünü huşu itmiş kimi göstərib.

Sonra maskalı şəxslər pul və qızıl-zinət əşyalarını tapmaq üçün evin bütün otaqlarını axtarıblar. Nəticədə evdən 13 min ABŞ dolları, 1 800 manat nağd pul və 2 000 manatlıq qızıl əşyaları götürüb qaçıblar.

Zərərçəkən hazırda təqaüddə olduğunu, lakin başqalarına sələm yolu ilə pul verdiyini bildirib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Ağstafada sələmçi qadının külli miqdarda pulu oğurlandı-VİDEO
Ağstafada sələmçi qadının külli miqdarda pulu oğurlandı-VİDEO