BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda qadın 77 yaşlı axundu lüt şəkilləri ilə şantaj etdi

Azərbaycanda qadın 77 yaşlı axundu lüt şəkilləri ilə şantaj etdi

17-05-2016, 17:44
Oxunub: 8 968  Azərbaycanda qadın 77 yaşlı axundu lüt şəkilləri ilə şantaj etdi1400 manatı qadına verən kişi daha sonra polisə şikayət edib

Masallı rayonunda qəribə dələduzluq faktı qeydə alınıb.

Bolgexeber.com xəbər verir ki, rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Cəlilabad rayon sakini Aytən Şahbazova axundluqla məşğul olan rayon sakini 1939-cu il təvəllüdlü Əlihəsən Hüseynovu onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və ondan 1400 manat pul istəyib. Maraqlı məqam isə ondan ibarətdir ki, 77 yaşlı kişi qadının dedikləri ilə razılaşaraq həmin pulu ona verib. Daha sonra isə polisə bu barədə məlumat verib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynovdan 1400 manatı almış Cəlilabad rayon sakini A.Şahbazova tutulub.

Polis idarəsindən bildirdilər ki, Aytən Şahbazova axunda deyib ki, montaj vasitəsilə onun çılpaq şəkillərini hazırlayacaq və bu şəkilləri ictimaiyyətə yayacaq.

Faktla bağlı araşdırmalar davam etdirilir.