BolgeXeber.Com » Xəbərlər » İsmayıllıda sosial yardımı imkanı olanlar alır... - İTTİHAM VAR

İsmayıllıda sosial yardımı imkanı olanlar alır... - İTTİHAM VAR

18-05-2016, 11:19
Oxunub: 2 530 İsmayıllıda sosial yardımı imkanı olanlar alır... - İTTİHAM VAR«Ümumiyyətlə, Çingiz Əliyevin rəhbərlik etdiyi mərkəzdə sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilmir"

Son illər ölkəmizdə ünvanlı sosial yardımların verilməsi ilə bağlı bəzi qaydalar müəyyənləşdirilib. Nazir Səlim Müslümov bu sahədə şəffaflığın yaradılmasından ötrü elektronlaşdırma variantına üstünlük verir. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bəzi yerli mərkəzlərində şəffaflıqdan əsər-əlamət belə yoxdur. Bu haqda bir qədər sonra danışacağıq. Məlumat üçün deyək ki, sosial yardımın alınması üçün ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon və ya şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edir. Ailəni təmsil edən şəxs ərizə, “Ailənin gəlir və əmlakı haqqında bəyannamə”, “Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi”, ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayışla birlikdə sənədləri təqdim edir.(gundelik-baku)

Zəruri hallarda nigah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti, iş yerindən gəlir haqqında arayış, ailə üzvlərinin aldıqları bütün növ pensiya, müavinət və təqaüdlərin məbləği haqqında aidiyyəti orqanın arayışı, ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış, ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti, ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisas və ya texniki peşə təhsili alması barədə təhsil müəssisəsindən arayış, ailə üzvləri tərəfindən əmlakın icarəyə verilməsi və ya icarəyə götürülməsi barədə müqavilənin surəti, məhkəmə tərəfindən ailə üzvünün itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmə qərarının surəti, ailə üzvünün axtarışda olması və ya olduğu yerin məlum olmaması barədə müvafiq orqanın arayışı, ailə üzvünün azadlıqdan məhrum edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı, ailə üzvünün tam dövlət təminatında olması barədə müvafiq xidmət müəssisəsinin arayışı də tələb oluna bilər. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən başlayaraq 2 il müddətinə təyin olunur.

İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) cərəyan edən qanuna zidd işlər barədə maraqlı məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən rayon sakini bildirir ki, mərkəzin direktoru Çingiz Əliyev ünvanlı sosial yardım almaq istəyən vətəndaşlara süni problemlər yaradır: «Hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayon mərkəzində yoxlama apararaq ünvanlı sosial yardım alanları azaldır. Bunun səbəbi isə bir çox vətəndaşlara qanunsuz olaraq yardımın verilməsidir. İsmayıllıda ünvanlı sosial yardım almaq istəyənlər mütləq şəkildə Çingiz müəllimin «qəbulunda» olmalıdır. Mərkəz rəhbəri 2 illik ünvanlı soial yardımın 5 aylığını özünə tələb edir. Onun bu şərtini qəbul etməyənlər süründürməçiliyə məruz qalır və çox vaxt sənədlərində hansısa çatışmazlıq aşkarlanaraq nazirliyin elektron bazasına göndərilir. Sənədləri səhv olan vətəndaşın müraciəti isə nazirliyin elektron bazası tərəfindən 6 aylığa dondurulur. Rayonda onlarla belə vətəndaş var ki, direktorun şərtini qəbul etməyərək bir müddətlik ünvanlı sosial yardımdan məhrum olublar. Çingiz Əliyev və adamlarının ünvanlı sosial yardım siyahısına saldıqları vətəndaşların əksəriyyəti əslində dövlətin bu yardımından qanunsuz istifadə edirlər. Belə ki, ünvanlı sosial yardım alan vətəndaşların bir çoxunun avtomobili, ticarət obyekti və sair gəlirli sahələri var. Amma direktor nəyinsə qarşılığında onları ünvanlı sosial yardım siyahısına daxil edib». İddialara görə, Çingiz Əliyev qeyri-qanuni yollarla özünə yaxın adamlara ünvanlı sosial yardım düzəldib.

Məlumatda həmçinin bildirilir ki, kim ünvanlı sosial yardım siyahısına tez düşmək istəyirsə, o zaman direktora 700 dəfə «sağ ol» deməlidir: «Ümumiyyətlə, Çingiz Əliyevin rəhbərlik etdiyi mərkəzdə sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilmir. Ailələrin ümumi gəlirinin hesablanması zamanı nöqsanlara yol verilir, bəzi hallarda ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılır». Bütün bunlar Səlim Müslümovun İsmayılı ƏSMM-dəki adamının işinə məsuliyyətlə yanaşmadığını göstərir. Odur ki, qanunsuz əməllər törədən mərkəz direktorunun barəsində müvafiq ölçü götürməlidir.