BolgeXeber.Com » Xəbərlər » “Çirkli pulların yuyulmasına qarşı mübarizə” və “İstintaq sövdələşməsi” mövzularında tədbir keçirilib

“Çirkli pulların yuyulmasına qarşı mübarizə” və “İstintaq sövdələşməsi” mövzularında tədbir keçirilib

18-05-2016, 13:46
Oxunub: 2 463 “Çirkli pulların yuyulmasına qarşı mübarizə” və “İstintaq sövdələşməsi” mövzularında tədbir keçirilibBaş prokurorluq təmsilçiləri beynəlxalq təcrübənin öyrənilməsində fəaliyyətlərini davam etdirirlər

Cari ilin 16-17 may tarixlərində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi və Avropa Şurası tərəfindən həyata keçirilən “Proqram Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə “Çirkli pulların yuyulmasına qarşı mübarizə” və “İstintaq sövdələşməsi” mövzularında tədbir keçirilmişdir.

Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə,tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Auditorlar Palatası, Hesablama Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinq Xidmətinin nümayəndələri və birinci instansiya məhkəmələrinin hakimləri iştirak etmişdir.

Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulamaqla bu mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını qeyd etmiş, bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.

İki gün davam edən tədbirdə Avropa Şurasının ekspertləri Nicole Voorhuis, Jonathan Fisher və Cedric Bourgeois tərəfindən çirkli pulların yuyulmasına qarşı mübarizənin aspektləri, bu kateqoriyadan olan cinayətlərlə mübarizə sahəsində müsbət təcrübə, istintaq sövdələşməsi institutunun ölkəmizdə tətbiqi yolları barədə təqdimatlar həyata keçirilmişdir.

Qarşılıqlı müzakirə formatında baş tutan tədbirlərdə çirkli pulların yuyulmasına qarşı mübarizə və istintaq sövdələşməsi ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilmiş, iştirakçıları maraqlandıran suallar ətraflı müzakirə edilmişdir.

Azərbaycan Respublikasının prokurorluq orqanları bundan sonra da korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
“Çirkli pulların yuyulmasına qarşı mübarizə” və “İstintaq sövdələşməsi” mövzularında tədbir keçirilib