Hacıqabulda “Tarixi keçmişimizi yaşadan muzeylər” adlı tədbir keçirildi
18-05-2016, 15:09
Oxunub: 3 219
18.05.2016-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər günü münasibəti ilə “Tarixi keçmişimizi yaşadan muzeylər” adlı tədbir keçirildi
Əvvəlcə Mərkəzin bələdçisi Nurlanə Muradova məktəblilərə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar haqqında geniş məlumat verdi.Sonra onları Heydər Əliyev Mərkəzinin kurs üzvlərinin əl işlərindən ibarət sərgilərlə tanış etdi.Tədbirin rəsmi hissəsi mərkəzin Kino zalında davam etdirildi.Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva tədbiri giriş nitqi ilə açdı, qonaqlara Beynəlxalq Muzeylər günü münasibəti ilə Respublika muzeylərində 18-22 may tarixlərində keçirilən “Açıq Qapı” günlərindən istifadə etməyi, mənəvi dünyamızı daha da zənginləşdirmək üçün muzeylərə baş çəkməyi tövsiyyə etdi.
Mərkəzin Baş fond mühafizi Bahar Abasova muzeylərin tarixi haqqında geniş məruzə etdikdən sonra Aytən Zülfəliyeva Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin yaranması və fəaliyyəti barədə geniş məruzə etdi.Sonda Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin fəaliyyətindən bəhs edən slayda tamaşa edildi.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər