BolgeXeber.Com » Xəbərlər » Nazir müavini supermarket rəhbərlərini təhqir etdi: - "Dünənki cücə..."

Nazir müavini supermarket rəhbərlərini təhqir etdi: - "Dünənki cücə..."

18-05-2016, 15:29
Oxunub: 2 430 Nazir müavini supermarket rəhbərlərini təhqir etdi: - "Dünənki cücə...""Bu il supermarketlərdə 760-dan çox GPS aparatları quraşdırmışıq"

Bolgexeber.com "report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov supermarketlərin Vergilər Nazirliyinə vergi məsələləri ilə bağlı dərs keçməsindən də narazılıq edib: "Hələ bizə deyirlər ki, gəlin oturaq, sizə başa salaq. Dimdiyinin sarısı getməyən dünənki cücə bizə ƏDV-ni öyrətmək istəyir".

***
“Büdcə vergi və gömrüyün hesabına dolmalıdır”.

Qəribə bir situasiya ilə rastlaşmışıq. Ticarət şəbəkəsində fəaliyyət göstərən iri supermarketlər vergi güzəştləri istəyirlər.

Vergilər naziri Fazil Məmmədov birmənalı olaraq bu məsələyə mövqeyini açıqlayıb. O bildirdi ki, supetmarketlər ƏDV-dən niyə azad olunmalıdır ki? Onlar bu məsələni kənd təsərrüfatı məhsulları ilə bağlayırlar. Kənd təsərrüfatı məhsullarına bunun adiyyəti azdır.

Bu sözləri vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.

“Hər birimiz mağazaya gedirik. Əgər siz istənilən supermarketə getsəniz, ərazisi 1000 kv metr olan supermarketin, 50-60 maxsimum 100%-də kənd təsərrüfatı məhsulları, qalan hissədə isə başqa bir məhsul satılır.

Burda nə baş verir? Bəzən deyirlər ki, filan rayonda mağazalar bağlanır. Bəs biz haradan çörək, ərzaq məhsullları alırıq? Və yaxud deyirlər Vergi və Gömrüyün hesabına büdcəmi doldurmaq olar? Bunu deyən insanlar anlamalıdırlar ki, bəs büdcə nə ilə doldurulmalıdır?

Dünyada 200-dən artıq dövlət mövcuddur. Onların 60-da neft var, ya yoxdur. Qalan hissə yalnız vergilərin hesabına büdcə doldurulur. Bizdə də yaxın vaxtlarda belə olacaq. İstiqamət də bunadır”.

Onun sözlərinə görə, vergi güzəştləri tələb edən supermarketlərin bəziləri maksimum 40%-ə qədər dövriyyəni gizlədib.