Beyləqanlılar Vaqif Abdullayevə ayama qoşdular
18-05-2016, 16:08
Oxunub: 4 149
Rayon camaatı icra başçısına «Tualet kralı» adını veriblər
Beyləqanlılar icra başçısı Vaqif Abdullayevə ayama qoşublar. Bunu Politika.Az-a elə rayon camaatı məlumat verib.
Onların bildirdiyinə görə, əgər əvvəllər Vaqif Abdullayev barəsində söhbət düşəndə ona «başçı», «icra başçısı», «rayon rəhbəri» deyərdilərsə, indi bunların heç birinə gərək qalmayıb. Belə ki, Beyləqan camaatı icra başçısını «Tualet kralı» olaraq təqdim edirlər. Daha doğrusu, bu ifadəni işlətdikdə hamı söhbətin kimindən getdiyini bilir.
Politika.Az xəbər verir ki, Abdullayevin belə bir ayamaya layiq görülməsi səbəbsiz deyil. Belə ki, bu yaxınlarda Beyləqan rayonunda Yaponiyanın ölkəmizdəki səfirliyinin ayırdığı 90 min dollar dəyərində tualetin istifadəyə verilməsi zamanı təmtəraq təşkil olunub. İcra başçısının təkidi ilə bütün məktəb şagirdlərini tualetin ətrafına yığaraq, qırmızı lent kəsiblər. Bu hadisənin Beyləqan İcra Hakimiyyətinin rəsmi saytında işıqlandırılmasından sonra xəbər hər yerə yayılıb. Və böyük bir biabırçılıq yaşanmağa başlayıb. Həmin hadisədən dərhal sonra sosial şəbəkələrdə məsələ aktiv şəkildə müzakirə olunub, Vaqif Abdullayev isə sərt formada tənqid edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər