Hacıqabulda Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirildi
18-05-2016, 20:07
Oxunub: 3 535
18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyində bayramsayağı tədbir keçirildi
Tədbirdə Hacıqabul rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanov başda olmaqla mədəniyyət işçiləri, o cümlədən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov və onun əməkdaşları, rayon “Hacıqabul” qəzetinin əməkdaşlari Nazim Zeynalov və Səadət Kərimova, şəhər orta məktəblərinin şagird və müəllimləri, eləcə də muzeyin yaxın dostları olan ictimaiyyətçi sakinlər-Ramiz Soltanov, Sədulla Baxşıyev, Rafael İbadov iştirak etmişlər.
Tədbiri muzeyin direktoru Məhəmməd İsayev açaraq, əlamətdar gün münasibətilə məlumat vermiş, muzeyin fəaliyyəti barədə geniş bilgi vermişdir.
Sonra rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov, eləcə də ictimaiyyətçi müəllim, muzeyin ən yaxın dostu və təəssübkeşi olan Mübariz Xəlilov çıxış edərək, təbrik sözləri səsləndirmiş, muzeyə ən xoş arzular bildirmişlər.
Tədbirin qonaqları söz olaraq əlamətdar gün münasibətilə muzey kollektivini təbrik etmişlər.
Son vaxtlar rayonun mədəni həyatında fəallıq göstərən şəxslərin, o cümlədən şagirdlərin tədbirə ayrıca dəvət olunduğunu da xüsusi qeyd etmək lazımdır.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər