BolgeXeber.Com » Xəbərlər » Falçı Almazın yazdığı cadular deputatın işinə yaradı

Falçı Almazın yazdığı cadular deputatın işinə yaradı

19-05-2016, 12:43
Oxunub: 3 169 Falçı Almazın yazdığı cadular deputatın işinə yaradıSona Əliyevanın Milli Məclisdəki yeri dəyişdirildi, millət vəkili daha mühüm komissiyaya üzv seçildi

Milli Məclisin bu gün keçirilən iclasında komitələrdən birində dəyişiklik edilib.Bolgexeber.com AzVision.az-a istinadən xəbər verir ki, deputat Sona Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilib. S.Əliyeva bundan sonra İnsan hüquqları komitəsinin tərkibində yer alacaq.
Qeyd edək ki, dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.
JAM.AZ xəbər verir ki, 99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilmiş Sona Əliyevanın adı bir müddət əvvəl qalmaqala qaışmışdı. Belə ki, Sona Əliyeva istər Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, istərsə də Milli Məclisin rəhbərliyi yanında hörmət sahibi olmağın asan yolunu tapıb. Məlumatda deyilir ki, Sona Əliyeva mütəmadi olaraq Almaz adlı baxıcının yanına gedir. Məqsəd Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Milli Məclis rəhbərliyinin «dil ağzını bağlatdırmaq»dır. Ki, ona davamlı olaraq etimad göstərsinlər.
Görünür, falçı Almazın yazdığı cadu-pitilər deputatın işinə yarayıb. Çünki hazırda təmsil olunduğu komissiya Milli Məclisdə ən önəmlilərdən sayılır. Hətta parlament seçkiləri ərəfəsində bir sıra nüfuzlu deputatların bu komissiyada təmsil olunmaq üçün mübarizə apardıqları bildirilir.
Qarşı tərəfi də dinləməyə hazırıq.