BolgeXeber.Com » Xəbərlər » Bakı sakini "Formula 1"i izləmək üçün eyvanını icarəyə verir - Qiymətlər 30 manatdan başlayır
Bakı sakini "Formula 1"i izləmək üçün eyvanını icarəyə verir - Qiymətlər 30 manatdan başlayır
19-05-2016, 20:21
Oxunub: 3 945
Bakıda "Formula 1" zamanı yarışın keçirildiyi şosenin ətrafında yerləşən mənzillərdən birinin sakini öz eyvanını yarışa tamaşa etmək istəyənlərə təklif edir
Bolgexeber.com baku.ws-ə istinadən bildirir ki, yarış üçün öz eyvanında bilet satdığını deyən sakin biletlərin qiymətlərini də açıqlayıb. Biletin qiyməti 1-ci gün üçün 30 AZN, 2-ci gün isə üçün 50 AZN dəyərindədir. Əsas yarış günü "Formula 1"i izləmək istəyənlər 100 AZN ödəməlidir. Qiymətə əlavə xidmətlər də daxildir.
Xatırladaq ki, bir müddət öncə gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Bakıda "Formula 1" zamanı yarışın keçirildiyi şosenin ətrafında yerləşən mənzillərin sakinləri öz eyvanlarını yarışmaya tamaşa etmək istəyənlərə icarəyə verə bilərlər. Nazir qeyd edib ki, bununla bağlı heç bir məhdudiyyət yoxdur və qanunda buna hər hansı qadağa qoyulmur: "Şəxsən mən Monakoda "Formula 1" Avropa Qran-prisini eyvandan izləmişəm".
A.Rəhimov əlavə edib ki, gələcəkdə Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisi ilə əlaqədar şəhər sakinləri belə icarə ilə əlavə maliyyə vəsaiti qazana bilərlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər